Baş səhifə / Cəmiyyət / Düşmənin Madagizdə yerləşən hərbi hissəsinin komandiri kimdir? – ARAŞDIRMA (FOTOLAR)

Düşmənin Madagizdə yerləşən hərbi hissəsinin komandiri kimdir? – ARAŞDIRMA (FOTOLAR)

Erməni KİV-ləri Ermənistan ordusunun komandirləri və bölmələri barədə cəmiyyət daxilində müsbət rəy yaratmaq üçün təbliğat kompaniyalarını davam etdirirlər.

Moderator24.com xəbər verir ki, ordu.az-ın araşdırmasına görə, aprel döyüşlərində kifayət qədər mövqelərini və hərbi qulluqçularını itirən, Qarabağın Madagiz yaşayış məntəqəsində dislokasiya olunan erməni ordusunun 6-cı müdafiə rayonu kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissənin komandiri polkovnik Armen Gözəlyan rəhbərlik etdiyi hərbi hissənin nüfuzunun bərpa olunmasına çalışır.

Gözəlyanın Madagizə təyinat alanadək rəhbərlik etdiyi 8 hərbi hissənin, o cümlədən Berd, Dilican rayonlarında dislokasiya olunan hərbi hissələrdə, Gorus rayon Xndzoresk kəndindəki tank hərbi hissəsində, xidmət etdiyi məlumdur.

Sosial şəbəkə istifadəçiləri özünü tərifləməkdə olan erməni komandir barədə, onun xidmət etdiyi hərbi hissələrdə zabit və erməni əsgərlərinə qarşı qəddarlıqlarından bəhs edir və saxta vətənpərvərliyini tənqid edirlər.

Armen Malunts: “Yalan danışma, Dilicanda tabor komandiri olarkən əsgərlər arasında fərq qoyurdun, sənin sürücün heç bir zabiti saymırdı, hər gün İcevana evlərinə gedirdi”.

Red: “Yalan danışır, heç qızarıb utanmır da, bu Gözəlyan öz maraqları naminə hər şey edər. Videonun 12:32 saniyəsində yeganə düz sözü (bu hərbi hissə öz mənfi tərəfləri ilə heç bir hərbi hissədən geri qalmır – red) deyib”.


Armen Malunts: “Dilicandakı hərbi hissədə yalnız varlılar və vəzifəlilərin övladları xidmət edir”.

08yalivon: “Armen Malunts, bax beləcə yalan danışan kimi agızlarından vurun ki, yoxsa özləri kimi jurnalistlərlə danışıb, birinin agzına tüpürmüş kimi vətənpərlik rolu oynayırlar”.


Armen Malunts: “Gözələ heç kimin hörməti olmayıb, əsgər döyən, zabitləri (bir neçəsindən başqa) söyürdü, əsgərlərin yanında yazıq avtomobil və zirehli texnika xidmətinin rəisi Matevosyan Artyomu şəxsi heyətin qarşısında döydü”.


Mardi Sahakyan: “Qardaşım nə deyirsən, düzdür,halaldır sənə”

GM design: “Bunu kimi kantuziyalı heyvanlardan ordumuzu xilas etmək lazımdır, bu əsgər döyən, söyüş söyən heyvandır”.


GM design: “Tezliklə sənin tabeliyində xidmət edən və ya xidmət etmişlərin şərhləri burada çoxalacaq. Çünki bu adamlar çox yaxşı bilir sən kimsən. Ay Göööz, sən şərəfdən danışırsan? Sən danış, yersiz olaraq bütün şəxsi heyəti necə təpik altına salırdın. Konkret olaraq mən Xndzoresk hərbi hissəsində xidmət etmişəm, hər şeyi yaxşı xatırlayıram. Bir gün səni tapacaqlar və səni təhqir edəcəklər. Yalançı kantuziyalı bomj, yalnız hərbi hissə daxilində kişilikdən danışırsan, hərbi hissədən kənarda heç kimsən. Madagizə yalnız yüksək maaş üçün getmisən, vəssalam. Sən əsgərləri Qubadlıdakı evinə aparıb, onların istirahət vaxtında ərazi təmizlətməyindən danış. Sənin kimi çoxları jurnalistlərin gözündə qəhrəman kimi görünür. Amma sən özün yaxşı bilirsən ki, sən kimsən, ay heyvan”.


Jack: “Öz mənfi tərəfləri ilə heç bir hərbi hissədən geri qalmır”.


Hərbi hissə komandirinin döyüş növbətçiliyi üzrə müavini polkovnik-leytenant Arman Hovhanisyan


Hərbi hissə komandirinin arxa cəbhə üzrə müavini polkovnik-leytenant Vardan Abrahamyan

Buna da bax...

Bloqer “iPhone” almaq üçün bir vanna pul gətirdi – VİDEO

Rusiya vətəndaşı, bloqer Svyatoslav Kovalenko 100 min rubl (2500 manat) dəyərindəki “iPhone XS” telefonunu almaq …