Baş səhifə / Cəmiyyət / 17 yaşlı müsəlman gənc rus qızını boğulmaqdan xilas edərkən ÖZÜ HƏLAK OLDU

17 yaşlı müsəlman gənc rus qızını boğulmaqdan xilas edərkən ÖZÜ HƏLAK OLDU

Saxalin yarımadasındakı göldə batan rus qızını xilas edən 17 yaşlı gənc özü batıb.

Moderator24.com bu haqda ummamag.kg saytına istinadla xəbər verir.

Rus gölü adlanan göldə istirahət edən qız boğulmağa başlayıb. Şahidlər dərhal xilasedicilərə məlumat verib. Lakin onlar gələnədək 17 yaşlı gənc gölə atılaraq qızı sahilə çıxarıb, ancaq özünün suyun dərinliyindən üzüb çıxmağa taqəti qalmayıb.

Həlak olmuş gənc Qırğızıstan vətəndaşlı Kubanıç Jandarbek olub. Qırğız diaspor rəhbəri Eşimet Tolbayevin sözlərinə görə, qəhrəman gəncin cəsədi tapılsa da, onun ölümü barədə valideynlərinə hələlik xəbər verilməyib. Onlara faciə haqda məlumat yalnız Jandarbekin nəşi göndərilməyə hazır olduğunda veriləcək.

Sultan Laçın

Buna da bax...

Bloqer “iPhone” almaq üçün bir vanna pul gətirdi – VİDEO

Rusiya vətəndaşı, bloqer Svyatoslav Kovalenko 100 min rubl (2500 manat) dəyərindəki “iPhone XS” telefonunu almaq …