Baş səhifə / Cəmiyyət / Bakıda dizel yanacağı ilə bağlı – Rəsmi açıqlama

Bakıda dizel yanacağı ilə bağlı – Rəsmi açıqlama

Altı ayda Bakıda dizel yanacağı istehsalı 6 faizədək artıb.

Bakı Şəhər Statistika İdarəsindən Axar.az-a bildirilib ki, bu ilin yanvar-iyun aylarında paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 593,7 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 2,4 faiz artıb.

Yarım ildə yanacaq mazutunun istehsalı 86,2 faiz, avtomobil benzininin istehsalı 0,6 faiz azalıb.

Ağ neftin istehsalı 2,1 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 14,8 faiz, dizel yanacağı istehsalı 5,9 faiz, sürtkü yağlarının istehsalı 3 dəfə, neft bitumunun istehsalı 79,6 faiz, neft koksunun istehsalı isə 22,8 faiz artıb.

Buna da bax...

Bloqer “iPhone” almaq üçün bir vanna pul gətirdi – VİDEO

Rusiya vətəndaşı, bloqer Svyatoslav Kovalenko 100 min rubl (2500 manat) dəyərindəki “iPhone XS” telefonunu almaq …