Baş səhifə / Cəmiyyət / “Hansısa ərəbin mənim şəhərimdə hoqqa çıxarmağa nə ixtiyarı var?!”

“Hansısa ərəbin mənim şəhərimdə hoqqa çıxarmağa nə ixtiyarı var?!”

Bakıda “Nobel” prospektində küçədə rəqqasəylə rəqs edən ərəb turistin görüntüləri sosial şəbəkədə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Rəqqasəylə rəqs edən ərəb turist onun başına pul səpməklə olanları kameraya çəkərək sosial şəbəkədə paylaşıb. Son zamanlar ərəblərin Bakıya axın etməsindən sonra pullu ərəblərin qadınlarla bu kimi yolverilməz görüntülərinin sayı çoxalıb. Sözsüz ki, Azərbaycan vətəndaşı olaraq hər birimiz bu kimi hadisələrə öz sərt cavabımızı verməliyik.

Həmişə tənqidi fikirləri ilə tanınan Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov Moderator.az -a açıqlamasında bu kimi hadisələrin qarşısını almaq üçün ölkənin müvafiq qurumlarının hərəkətə keçməli olduğunu bildirib:

“Bu hərəkətlərin qarşısını ölkənin müvafiq orqanları almalıdır. Bura bizim vətənimizdir və bura gələn hansısa ərəbin belə bir hərəkəti yolverilməzdir. Mənim şəhərimdə hoqqa çıxarmağa kimin haqqı var?! Mən gəlib sənin evində bu hoqqanı çıxara bilərəmmi? Bura bizim evimizdi, vətənimizdi və bura gələnlər qanuna tabe olmayıb bu hoqqanı çıxarırsa, bunun qarşısını polis almalıdır. Siz jurnalistlər də bu hadisələrlə bağlı öz mövqenizi ortaya qoymalısınız. Bura sizin də, mənim də vətənimdir. Biz gedib xarici ölkədə bunu edə bilərikmi? Vətənə sahib çıxmırlar. Elə onun nəticəsidir ki, Məmməd Əmin Rəsulzadənin dövründən bu günə kimi torpaqlarımızı itirə-itirə gedirik”.

Vasif Əlihüseyn

Buna da bax...

Ərdoğan: “Azərbaycan torpaqlarının dörddə bir əsrdir işğal altında olması qəbuledilməzdir”

“Azərbaycan torpaqlarının dörddə bir əsrdir işğal altında olması qəbuledilməzdir”. “Report” xəbər verir ki, bunu Türkiyə …