Baş səhifə / Cəmiyyət / Yezid Ermənistan vətəndaşı qanunsuz şəkildə İran-Azərbaycan sərhədini keçdi

Yezid Ermənistan vətəndaşı qanunsuz şəkildə İran-Azərbaycan sərhədini keçdi

Ermənistan vətəndaşı qanunsuz şəkildə İran-Azərbaycan sərhədini keçib.

Moderator24.com xəbər verir ki, Xankəndindəki qondarma rejimə məxsus erməni nəşrləri bu haqda “Ermənistan vətəndaşı qanunsuz şəkildə “Artsax” sərhədini keçdi” kimi başlıqlarla məlumat yayıblar.

Rejimin “polis” və “prokurorluğu”na istinad edilən məlumatda deyilir ki, avqustun 5-i saat 22:35-də “Milli Təhlükəsizlik Xidməti”nin sərhəd patrulu “Kaşataq rayonu”nun Çoladzor kəndi yaxınlığında Ermənistan vətəndaşını taparaq MTX-yə təhvil verib. Məlum olub ki, yaxalanan 1988-ci il təvəllüdlü, milliyyətcə yezid olan A.A. Ermənistanın Armavir vilayətinin Metsamor şəhərində qeydiyyatdadır. Üzərində heç bir müvafiq sənəd olmayan A.A. İran İslam Respublikası ərazisindən Araz çayı vasitəsi ilə Qarabağa keçib, yəni de-yure Azərbaycan sərhədini pozub…

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …