Baş səhifə / Dünya / İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır.

Ayaqqabı istehsalı və satışı ilə məşğul olan yüzlərlə şəxs öz mağaza və sexlərini bağlayaraq, ölkənin ağır iqtisadi durumuna, bahalığa etiraz ediblər.

Ayaqqabı istehsalında istifadə edilən keyfiyyətli xammalın çatışmazlığından və ya baha qiymətlərlə əldə olunmasından narahat olan yürüş iştirakçıları “Mağazalarınızı bağlayın”, “Tətilə qoşulmayanlar biqeyrətdir”, “Diktatora ölüm” şüarları səsləndirərək, hökumətin başmaqçıların ağır durumuna laqeyd qalmasına etirazlarını bildiriblər.(axar.az)

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …