Baş səhifə / Cəmiyyət / Melanya Trampa qonşu olmaq istəyirsinizmi? – Bu mümkündür, azərbaycanlılar üçün də…(Fotolar)

Melanya Trampa qonşu olmaq istəyirsinizmi? – Bu mümkündür, azərbaycanlılar üçün də…(Fotolar)

Moderator24.com xarici mətbuata istinadən xəbır verir ki, indi ABŞ prezidenti Donald Trampın xanımı Melanya Trampın və oğlunun Nyu-Yorkda yaşadığı mənzilin alt mərtəbəsini alıb gözəl Melanyaya hər səhər “ good morning” demək şansı yaranıb. ABŞ prezidentinin xanımı və kiçik oğlu Nyu-Yorkda,Trump Tower binasının dəbdəbəli üç mərtəbəli penthausunda yaşayır. Onların yaşadığı mənzildən bir mərtəbə aşağı ikimərtəbəli mənzil satılır.

Hal-hazırda 567 kvadratmetr sahəsi olan bu mənzil MidFirst Bankın baş icraçı direktoru və sədri milyarder Ceff Lendsə məxsusdur. Mənzil 24,5 milyon dollara satılır.

Mənzildə beş “böyük yataq otağı”, iki vanna və qarderob otağı var. Pəncərələrdən Medisson-Avenyuya mənzərə açılır.

Nəzərə alsaq ki, ikimərtəbəli bu mənzil prezidentin mənzilindən bir mərtəbə aşağıdır, bəzi mənbələr təhlükəsizlik baxımından narahatdırlar.

“ Çinlini, rusları, neftlə zəngin olan istənilən ölkənin(! ) vətəndaşlarını bu mənzili almaqdan nə çəkindirə bilər? Sonra da tavanda casus dinləmələri üçün qurğular yerləşdiriləcək”-mənbələrdən biri belə deyib.

Amma, bu məsələdə pulu olmaq hələ hər şey deyil. Məsələ burasındadır ki, binanın şurasının yeni sakindən imtina etmək hüququ var və bu satış elanında öz əksini tapıb. Ona görə də tələsib Bakıdan Nyu-Yorka bilet almayın. İşin qəliz tərəfləri var.

Buna da bax...

Laçının təzə “başçısı” Mirik kəndində arxeoloji qazıntılar təşkil edib… -Fotolar

Ermənistanın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində qanunsuz arxeoloji qazıntıları …