Baş səhifə / Cəmiyyət / Azərbaycandan Paşinyanın mitinqinə qatılmış ermənilərin görüntüləri yayıldı…-FOTOLAR

Azərbaycandan Paşinyanın mitinqinə qatılmış ermənilərin görüntüləri yayıldı…-FOTOLAR

Ermənistanda vətəndaş savaşı başlayacağı və Azərbaycanın bundan yararlanaraq torpaqlarını azad edəcəyi haqda son vaxtlar qanad açan düşüncələr növbəti sadəlöhvlük və ya başqatma, manipulyasiya dalğasıdır…

Xəbər verdiyimiz kimi, avqustun 17-də Azərbaycanın işğal altındakı torpaqlarını zəbt etmiş ermənilərdən ibarət 1000 nəfərdən çox olduğu iddia edilən bir qrup İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın 100 günlüyünə həsr olunmuş mitinqə qatılıblar.

Xankəndindəki qondarma separatçı rejimə məxsus xəbər agentlikləri həmin mitinqdə Qarabağdan getmiş ermənilərin görüntülərini əks etdirən fotolar yayıb. Mitinq iştirakçılarının çoxu mediaya açıqlamalarında “Artsax”ın “Ermənistanın ayrılmaz hissəsi” hesab etdiklərini və bəzi siyasətçilərin apardığı ayrı-seçkiliyin “erməni birliyi” üçün təhlükə olduğunu vurğulayıblar…

P.S. Bu fakt da göstərir ki, İrəvan və Qarabağ erməni klanları arasında hakimiyyətin bölüşdürülməsi ilə bağlı yaranmış qarşıdurmanın vətəndaş müharibəsinə keçəcəyi və bundan istifadə edərək Azərbaycanın torpaqlarını azad edəcəyi barədə son vaxtlar cəmiyyətimizdə formalaşan düşüncələr növbəti sadəlöhvlük və ya başqatma, manipulyasiya dalğasıdır…

Sultan Laçın

Buna da bax...

Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 6,7 bal gücündə olan …