Baş səhifə / Cəmiyyət / Hökumət Qurban süfrələrini yoxlamaq üçün evlərə reydlər keçirəcək…-Süfrələr 1×1,5 m-dən çox ola bilməz!..

Hökumət Qurban süfrələrini yoxlamaq üçün evlərə reydlər keçirəcək…-Süfrələr 1×1,5 m-dən çox ola bilməz!..

Tacikistan hakimiyyətinin Qurban bayramı günləri bayram süfrələrinin (“dəstərxan”) ölçülərini, müəyyən olunmuş normaya uyğunluğunu yoxlamaq üçün xüsusi reydlər təşkil edəcəyi bəlli olub.

Moderator.az bu haqda “Sputnik Tacikistan” nəşrinə istinadla xəbər yayıb.

Dini İşlər, Ənənə və Mərasimlərin Tənzimlənməsi üzrə Komitədən bildirilib ki, qanunvericiliyə görə, bayram süfrəsinin ölçüsü 1×1,5 metrdən çox olmamalı, üzərində meyvə, bir neçə bayram şirniyyatı və qurudulmuş meyvələr olmalıdır. Göstərilən normalara uyğun olmayan, israfçı şənlik masalarının sahibləri 5 min somoni( təxm. 535 ($) dollar) cərimələnə bilərlər.

Xatırladılır ki, ötən il Tacikistanda israfçı masaların təşkil olunmasını qadağan edən “Ənənə, şənlik və mərasimlərin tənzimlənməsi haqqında” qanuna düzəlişlər qəbul edilib. Buna səbəb kimi vətəndaşların toy, yas və s. mərasimlərdə həddindən artıq dəbdəbəli süfrələr açılması ucbatından borca düşməsi və s. problemlərlə üzləşməsi göstərilir.

Sultan Laçın

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …