Baş səhifə / Cəmiyyət / “Ermənistanda “Kalaşnikov” istehsalı bu ölkəni xilas etməyəcək”

“Ermənistanda “Kalaşnikov” istehsalı bu ölkəni xilas etməyəcək”

Tofiq Abbasov: “Bu, ən yaxşı halda bir neçə yüz iş yerinin açılması demək olacaq”

Rusiyada keçirilən “ARMI -2018” beynəlxalq hərbi-texniki sərgisi çərçivəsində düşmən ölkənin müdafiə naziri David Tonoyanla birgə Moskvada olan “Royalsys Engineering ltd” şirkətinin rəhbəri David Qalstyanla Rusiyanın məşhur “Kalaşnikov” korporasiyasının direktor müavini Andrey Barışnikov arasında müqavilə imzalanıb.

Müqaviləyə görə, Rusiyanın “Kalaşnikov” avtomatlarının ən yeni növləri – “AK-12” və “AK-15” beşinci nəsil müasir atıcı silahlarının istehsalı üçün Ermənistanda hərbi-sənaye müəssisələrinin yaradılması nəzərdə tutulur.

Maraqlıdır, Ermənistanda “Kalaşnikov” avtomatları istehsal edən müəssisələrin inşası Ermənistanın Rusiyadan olan asılılığının daha da artması ilə nəticələnə bilərmi? Bu yeniliyin Ermənistan üçün ciddi bir üstnlüyü varmı?

Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu kimi addımlaırn Ermənistanı xilas etməycəyini vurğuladı:

“Rusiyanın Ermənistanla bağlı addımları köklü şəkildə nəyisə dəyişə bilməz. Ermənistanın xəstəlikləri o dərəcədə dərindir ki, ona əməlli-başlı reanimasiya planı laızmdır. Bu da Rusiyanın üzərinə düşən məsuliyyət deyil. Baxmayaraq ki, Rusya onların müttəfiqi sayılır.

Bu, Ermənistanın iqtisadi-siyasi elitasının üzərinə düşən məsuliyyətdir.

Ermənistanda bu cür müəssisələrin açılması da bu ölkəni xilas etməyəcək. Ən yaxşı halda bir neçə yüz iş yeri açılacaq. Bu isə Ermənistanın dərin və çoxşaxəli problemlərini aradan qaldırmağa qadir deyil”.

Seymur ƏLİYEV

Buna da bax...

Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 6,7 bal gücündə olan …