Baş səhifə / Dünya / İsveçrə bankı zəngin rusların 5 milyard dollar pulunu dondurub?

İsveçrə bankı zəngin rusların 5 milyard dollar pulunu dondurub?

İsveçrənin ən iri banklarından olan “Credit Suisse” ABŞ-ın sanksiyalarının təsiri altına düşməmək üçün Rusiya vətəndaşlarının 5 milyard dollarlıq bank hesablarını dondurduğu barədə bir az əvvəl yayılan məlumatı təkzib edib.

Virtualaz.org bildirir ki, xəbəri RBK yayıb.

“Bu yaxınlardakı sanksiyalardan sonra, həmçinin ABŞ tərəfindən davamlı olaraq tətbiq olunan məhdudiyyətləri bəzərə alaraq “Credit Suisse” həmin məhdudiyyətlərin altında düşmüş müəyyən aktivləri reklassifikasiya (yenidən təsnif) edib, yəni onları gizli idarə olunan aktivlərdən vəkalət altında saxlanılan aktivlərə keçirib. Belə reklassifikasiya aktivlərin dondurulması demək deyil”, – deyə nəşr banka istinadən bildirib.

* * *15:00

İsveçrənin ən iri banklarından biri olan “Credit Suisse” ABŞ-ın sanksiyalarının təsiri altına düşməmək üçün Rusiya vətəndaşlarının 5 milyard dollarlıq bank hesablarını dondurub.

Məlumatı “Reuters” yayıb.

Dondurulmuş bank hesablarının sahiblərinin adları açıqlanmır, amma qeyd olunur ki, bank beynəlxalq maliyyə sisteminin tənzimləyiciləri ilə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların həyata keçirilməsində əməkdaşlıq etməyə hazırdır.

İsveçrənin daha iki iri bankı-UBS və “Julius Baer” də sankisya rejiminə sadiqliyini bildiriblər, amma müştərilərdən hansılarınsa hesablarının dondurulduğunu dəqiqləşdirməyiblər.

Bundan əvvəl də rusiyalı oliqarxların və iri şirkətlərin İsveçrə banklarındakı milyardlarla dollarlıq hesablarının bloklandığı haqda məlumatlar yayılmışdı.

Buna da bax...

Deputatın İsveçrədə faciəvi şəkildə ölən oğlu ilə bağlı yeni faktlar

Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımovun dünən İsveçrədə qış turizm mərkəzində xizək sürərkən vəfat …