Baş səhifə / Cəmiyyət / “Qarabağ Dövlət Universiteti”nin rektoru vəzifəsinə erməni axtarılır – GÖZLƏNİLƏN…

“Qarabağ Dövlət Universiteti”nin rektoru vəzifəsinə erməni axtarılır – GÖZLƏNİLƏN…

4-5 ildir ki, deyirlər ki, Bərdədə uçurulmuş məşhur mədəniyyət sarayının yerində Qarabağ universiteti üçün bina tikiləcək…

28-ci ildir Azərbaycan türkünün ayağı dəyməyən Xankəndində faktiki fəaliyyət göstərən “Artsax Dövlət Universiteti”nin rektoru vəzifəsi üçün vakant elan olunub.

Moderator.az xəbər verir ki, bu haqda torpaqlarımızın 20 faizində qondarılmış rejimin elmə, təhsilə, idmana cavabdeh olan qanunsuz qurumundan erməni saytlarına məlumat verilib. Məlumatda qeyd edilir ki, “Artsax Dövlət Universiteti” qeyri-kommersiya təşkilatının vakant rektorluq vəzifəsi üçün müsabiqə elan olunur. Həmin vəzifəyə 3 il idarəçilik sahəsində, yaxud 5 il peşə sahəsində stajı olan, eləcə də alimlik dərəcəsi və ya alimlik vəzifəsi olan şəxslər təyin oluna bilər…

P.S. Ermənilər Qarabağı işğal edib Xankəndində elə qədim tarixlərdə bizim dilimizdə də Qarabağ məkanının adını ifadə edən adın(“Ərsak”) bir az dəyişdirilmiş formasında səslənən “Artsax”, yəni “Qarabağ Dövlət Universitetini yaradıblar…
İllər öncə Bərdənin deputatı hörmətli Zahid Oruc Azərbaycanda Qarabağ Universiteti yaradılması təşəbbüsü ilə çıxış etmişdi…

P.P.S. Hazırda Bərdə rayon mərkəzində rəhmətlik məşhur 1-ci katib Rüstəm Səfərəliyevin sovet dövründə tikdirdiyi məşhur mədəniyyət sarayının sökülmüş binasının yerində böyük bir qaraltı ucaldılıb. 4-5 il öncə saray söküləndə deyirdilər ki, burada məhz Qarabağ Universiteti üçün bina tikiləcək…

Sultan Laçın

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …