Baş səhifə / Cəmiyyət / Erməni başçı Azərbaycanın dağ kəndindəki müşavirədə İNKİŞAF(!) PERSPEKTİVLƏRİNDƏN DANIŞDI…

Erməni başçı Azərbaycanın dağ kəndindəki müşavirədə İNKİŞAF(!) PERSPEKTİVLƏRİNDƏN DANIŞDI…

Düşmənin belə arxayın danışmasına yalnız Milli Ordumuzun qəti zəfər hücumu son qoya bilər…
Azərbaycanın işğal altındakı tarixi-hüquqi torpaqlarında qondarılmış separatçı rejimin oyuncaq başçısı Bako Saakyan Kəlbəcər rayonunun “Aterk” adlandırılmış Həsənriz kəndində növbəti müşavirə keçirib.

Moderator24.com xəbər verir ki, bu haqda separatçı erməni nəşrlərinə oyuncaq başçının “aparatının baş informasiya idarəsi”ndən məlumat verilib.

Ölkəmizin gözəl təbiətli dağ kəndinin problemlərindən və həyata keçirilən proqramlardan danışan B.Saakyan bu məntəqədə yüksək inkişaf və abadlaşdırılma potensialı olduğunu vurğulayıb. Kəlbəcərin sözügedən kəndinin inkişaf perspektivlərindən bəhs edən separatçı lider müvafiq qanunsuz qurumlara sakinlərin problemlərinin həlli və gələcək planlarla bağlı tapşırıqlar verib…
P.S. Düşmənin hansısa xarici qüvvələrə güvənərək belə arxayın danışmasına yalnız Milli Ordumuzun qəti zəfər hücumu son qoya bilər…

P.P.S. Əldə etdiyimiz digər məlumatlara görə, hal-hazırda 1500 nəfərə yaxın erməninin yaşadığı Həsənrizdə vəziyyət erməni mənbələrinin təsvir etdiyi qədər yaxşı deyil. Kənddə işsizlik hökm sürür. Kəndin inkişafı üçün əsasən Fransa xeyriyyə təşkilatları çoxlu yardımlar edib, məktəb, icma mərkəzi və digər binalar tikdirib.

Xatırladaq ki, Həsənriz Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Aterk olmuşdur.Tərtər çayının sol tərəfində, Həsənriz çökəkliyindədir. Keçmış adı Aterk/Haterk qalası olmuşdur. Tədqiqatçıların ehtimalına görə, aterk türk dillərindəki atrak (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə Həsənriz adlanmışdır. 1992-ci ildə kəndin adı Həsənriz kimi rəsmiləşdirilmişdir.

Qədim dövrdə Qafqaz Albaniyası ərazisində yerləşən Həsənriz kəndinin inkişafının əsası təxminən 15-ci əsrdə Cənubi Azərbaycandan köçmüş türk tayfaları tərəfindən qoyulmuşdur. Lakin Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra bu kəndin ərazisinə İrandan çoxlu sayda erməni ailəsi köçürülməyə başlanmışdır. Qısa bir müddət ərzində kənddəki ermənilərin sayı azərbaycanlıların sayını ötdükdən sonra ermənilər buranı “qədim erməni ərazisi” kimi adlandırmağa başladılar.

Həsənrizin erməni əhalisi hələ 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımda fəal şəkildə iştirak ediblər. Sovet dövründə kəndin adı ermənilərin tələbi ilə dəyişdirilərək “Aterk” qoyulmuşdur. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə Ali Sovetin sədri İsa Qəmbərin qərarı ilə kəndin tarixi adı bərpa edilib.

Həsənriz kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həsənriz kəndi də Kəlbəcər rayonuna birləşdirilmiş kəndlərdən biridir. Qarabağ müharibəsinin əvvəlində erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçiriblər. Lakin 1992-ci ilin yayında Azərbaycan ordusunun hücumu nəticəsində həmin ilin 4 iyulunda kənd Azərbaycanın nəzarətinə keçib. Lakin 1993-cü ilin əvvəlində erməni işğalçıları hücuma keçərək kəndi yenidən ələ keçiriblər.

Hal-hazırda Həsənriz kəndi cəbhə xəttindən bir neçə kilometr aralıda yerləşir. Kənddə erməni ordusunun batalyonu saxlanılır. Bu ərazidə nüvə terrorizmi üzrə qruplar fəaliyyət göstərməsi haqa da məlumatlar var. Həsənriz kəndində təxminən 500-cü ildə tikilmiş Alban məbədi yerləşir ki, ermənilər onu öz abidələri kimi təqdim edirlər.

Sultan Laçın

Buna da bax...

Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 6,7 bal gücündə olan …