Baş səhifə / Cəmiyyət / Elmar Vəliyevin videosu yayıldı – iştahla yeyir, yeri yığışdırır… – Video

Elmar Vəliyevin videosu yayıldı – iştahla yeyir, yeri yığışdırır… – Video

Gəncənin 51 gün öncə sui-qəsdə məruz qalmış icra başçısı Elmar Vəliyev olduğu bildirilən video yayılıb.

Moderator24.com xəbər verir ki, videogörüntü Musavat.com-un elektron poçtuna göndərilib.

İddia olunur ki, videodakı şəxs Elmar Vəliyevdir. Göründüyü kimi, o, lüks bir otaqda (otel və ya klinika) oturub və iştahla yemək yeyir. Doğrudur, görüntülərdə əks olunan şəxsin E.Vəliyevə oxşarlığı çoxdur, amma yenə də birmənalı demək çətindir ki, bu, odur, yoxsa oxşarıdır.

Videodakı şəxsin başındakı kepka da başçının tanınmasını bir qədər çətinləşdirir. Bilmək olmur ki, bu kepka Vəliyevin başındakı yaranın izini örtmək üçün nəzərdə tutulub, yoxsa oxşarlığı artırmaq, yaxud da fərqliliyi azaltmaq üçün.

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …