Baş səhifə / Cəmiyyət / Bacısından Şəhriyara dəstək: “Onların hamısının sponsoru var…”

Bacısından Şəhriyara dəstək: “Onların hamısının sponsoru var…”

“Şəhriyarın iştirak etdiyi yarışlarda olan tanınmış şahmatçıların hamısının sponsoru var. O isə mütəmadi olaraq hər bir yarışda iştirak edir ki, dolanışığını təmin etsin”.

Moderator24.com xəbər verir ki, bunu azvision.az-a qrossmeyster Şəhriyar Məmmədyarovun bacısı, Azərbaycanın tanınmış şahmatçısı Zeynəb Məmmədyarova deyib.

Xanım şahmatçı bildirib ki, dövlət rəsmi yarışların hamısının ödənişini edir. “İl ərzində 1 və ya 2 yarış ola bilər. Amma Şəhriyar il ərzində bir çox yarışlarda iştirak edir. Bunlar dünya elitasına aid olanlardır. Nazirlik hesabına olan yarışlar olmadığı üçün ödəniş edilmir. Nazirlik yalnız rəsmi yarışlara ödəniş edir. Avropa, Dünya Çempionatı kimi yarışlara pul ayrılır. Burada isə söhbət sırf sponsor məsələsindən gedir. Hazırda ABŞ-da iştirak etdiyi yarışda olan şahmatçılara diqqət etsəniz, hamısı reklam loqosu olan geyimlərdədir. Onlar öz sponsorlarını reklam edirlər. Şəhriyarın isə belə bir sponsoru yoxdur. Orada dünyanın tanınmış şahmatçıları var və hamısının sponsoru var. Bir Şəhriyarda yoxdur. Əlbəttə, bu, dövlətdən asılı olan məsələ deyil. Özəl şirkətlər, firmalar olmalıdır”.

Qeyd edək ki, hazırda ABŞ-da Sinkfild Kuboku çərçivəsində keçirilən turnirdə iştirak edən Ş.Məmmədyarov sosial şəbəkə hesabında sponsorunun olmamasından şikayətlənib.

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …