Baş səhifə / Cəmiyyət / ‘Toppuş bacı’nın son halı təəccübləndirdi – FOTO

‘Toppuş bacı’nın son halı təəccübləndirdi – FOTO

Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkir.

Moderator24.com axşam.az-a istinadən bildirir ki, aktrisa bir müddət əvvəl əməliyyat olunub. Əliyeva daha sonra açıqlamasında bildirib ki, limfasında yenidən bədxassəli şiş aşkarlanıb.

Buna görə də “Toppuş bacı” kimyaterapiyaya başlayıb. Yeni şəklini sosial şəbəkədə paylaşan Tünzalənin xeyli arıqlaması hamını təəccübləndirib. Aktrisa eyni zamanda saçlarını da kəsdirib.

Qeyd edək ki, kimyaterapiya zanmanı saçlar tökülür, aktrisa da buna görə onları qısaldıb.

T.Əliyeva bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı da etdirmişdi.

Buna da bax...

Laçının təzə “başçısı” Mirik kəndində arxeoloji qazıntılar təşkil edib… -Fotolar

Ermənistanın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində qanunsuz arxeoloji qazıntıları …