Baş səhifə / Cəmiyyət / Ermənilərin işğal etdikləri Ağdərə tamamən qazsız qalıb

Ermənilərin işğal etdikləri Ağdərə tamamən qazsız qalıb

Xəbər verildiyi kimi, ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun Heyvalı kəndində (Drombon) qanunsuz istismar edilən dağ mədənində partlayış nəticəsində yanğın baş verib.

Moderator24.com xəbər verir ki, bu gün yayılan daha bir xəbərdə deyilir ki, dağ mədənindəki güclü partlayış səbəbindən Ağdərə şəhəri və ətraf yaşayış məntəqələrinin qaz təminatı kommunikasiyalarına da ciddi ziyan dəyib. Nəticədə Ağdərə rayonu ərazisindəki bütün yaşayış məntəqələri və müəssisələr qazsız qalıb. Hətta hərbi hissələrin və hərbi tibb müəssisələrinin də qaz olmadığından təminatında problemlər yarandığı bildirilir.

Hadisə yerinə gələn qondarma rejimin fövqəladə qurumlarının bildirdiyinə görə, qəzanın əsas səbəbi çəkilən boru xətlərinin standartlara cavab verməməsidir. Bərpa işlərinə ən azı 3-5 gün vaxt tələb olunduğu bildirilir.

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …