Baş səhifə / Cəmiyyət / Elmar Vəliyevin vəzifəsindən çıxarılma səbəbi məlum oldu

Elmar Vəliyevin vəzifəsindən çıxarılma səbəbi məlum oldu

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətininbaşçısı Elmar Vəliyev tutduğu vəzifədən azad olunub. Onun yerinə bu posta Niyazi Bayramov təyin olunub.

Niyazi Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsində işləyirdi. Bizim Yol -a daxil olan məlumata görə, Elmar Vəliyevin vəzifədən çıxarılması ilə bağlı qərar ona qarşı törədilmiş sui-qəsdən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlıdır.

Sosial şəbəkələrdə və internet portallarında yayılmış görüntülər də sabiq icra başçısının hələ tam sağlamlığa qovuşmadığını, öz vəzifəsinin icrasını davam etdirə bilməyəcəyini gösətərir. Həkimlər onun iş qabiliyyətini tam bərpa etməsinin uzun zaman tələb etdiyini bildirirlər. Buna görə, Gəncə kimi böyük və mühüm şəhərin meri postunu isə uzun müddət boş saxlanması məqsədəuyğun hesab edilməyib.

Bu arada xatırladaq ki, paytaxt Bakı şəhərinin də icra hakimiyyəti başçısı vəzifəsi boşdur.

Buna da bax...

Nəinki bank sektoruna, özünə nəzarəti itirən Rüfət Aslanlının sorağı Fransadan gəldi…

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin keçmiş sədri və Maliyyə Bazarlarına Nəzarət Palatanın sabiq başçısı Rüfət …