Baş səhifə / Cəmiyyət / Azərbaycanlı mafiya lideri Türkiyədə həbs edildi

Azərbaycanlı mafiya lideri Türkiyədə həbs edildi

Azərbaycanlı mafiya lideri Ənvər Sadıqov Türkiyədə polis tərəfindən saxlanılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın “İnterpol”un qırmızı xətti ilə axtardığı, ötən il İstanbulda həbs edilib, sonra həbsxanaya aprılarkən qaçan Ənvər Sadıqov bu gün polis tərəfindən saxlanılıb.

Ənvər Sadıqovun Lotu Quli ləqəbli qanuni oğru Nadir Səlifovun adamı olduğu iddia edilir.

Ənvər Sadıqov Baxçalıevlərdəki ticarət mərkəzində polisin əməliyyat keçirməsi zamanı həbs edilmişdi. Belə ki, həmin vaxt qanuni oğru Rövşən Lənkəranskinin qardaşı və bir neçə nəfər Nadir Səlifovu öldürmək üçün toplanmışdı. Türkiyə polisi zamanında müdaxilə edərək bu hadisənin qarşısını almışdı.

Qeyd edək ki, Nadir Səlifovun Rövşən Lənkəranskini öldürdüyü iddia edilir.

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …