Baş səhifə / Cəmiyyət / Vahid Ələkbərov Rusiyanın ən nüfuzlu şəxsləri siyahısında

Vahid Ələkbərov Rusiyanın ən nüfuzlu şəxsləri siyahısında

“Forbes” jurnalı Rusiyanın 100 ən nüfuzlu şəxslərinin siyahısını hazırlayıb. Siyahıya ölkə prezidenti Vladimir Putin başçılıq edir.

İkinci yerdə “Sberbank”ın sədri German Qref qərarlaşıb.

Onu “Qazprom”un rəhbəri Aleksey Miller və “Rosneft”in baş icraçı direktoru İqor Seçin izləyir.

Beşinci yeri hökumət rəhbəri Dmitri Medvedev, altıncı yeri “Surqutneftqaz”ın baş direktoru Vladimir Boqdanov tutub.

Qadınlar arasında ən yüksək yeri siyahıda yeddinci pillədə qərarlaşan Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina tutub.

Səkkizinci yeri Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikov, doqquzuncu yeri isə Rusiya Dəmir Yolları İdarəsinin baş direktoru Oleq Bolozerov tutub.

“Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərov ilk onluğu tamamlayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov siyahıda 21-ci, müdafiə naziri Sergey Şoyqu isə 30-cu olub.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin 83-cü yerdə qərarlaşıb.

Siyahını Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski qapayıb.(oxu.az)

Buna da bax...

Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı …