Baş səhifə / Manşet / Yoxsa hamı onun üçün yazacaq: “Vladimir, Vladimiroviç, qayıtmayın, xalqa yazığınız gəlsin!”

Yoxsa hamı onun üçün yazacaq: “Vladimir, Vladimiroviç, qayıtmayın, xalqa yazığınız gəlsin!”

2018 martın 2-də SOV.İKP-nin sonuncu baş katibi, SSRİ-nin birinci və sonuncu prezidenti, müasir tarixdə hakimiyyəti könüllü olaraq öz rəqiblərinə vermiş yeganə Rusiya siyasətçisi Mixail Qorbaçovun 87 yaşı tamam oldu. Həmin gün “Meduza” Qorbaçovla böyük müsahibəni və İlya Jequlyevin siyasətçinin prezident olmayandan sonra necə yaşadığından bəhs edən materiallarını dərc edib.

Moderator.az həmin müsahibəni oxuculara təqdim edir.

Əvvəli burada…

– Putin xoşunuza gəlirmi?

– Düşünürəm ki, o yerindədir. Bu yer ümumi səylərlə ağzınacan bulaşıb, amma onu saxlamaq lazımdır ki, dağılmasın.

– Siz ölkə haqqında deyirsiniz?

– Bəli, bəli. Səhvlərə, düzgün olmayan hesablamalra baxmayaraq, biz bununla hesablaşmalıyıq. Mən, əlbəttə xatırlayıram, Qələbə günündə demişdi ki, məni görməyib. Rejissor Oliver Stoun öz filmində soruşur ki, niyə mənimlə görüşməyib, deyib ki, məni görməyib.

– Bildiyimə görə, siz onunla bir-iki dəfə göz-gözə qarşılşmısınız.

– Bəli.

– O sizinlə məsləhətləşibmi?

– Yox.

– Onda niyə görüşürdünüz? Məqsəd?

– Heç bir məqsəd olmayıb. Əl tutuşma. Axırıncı görüş keçən ilin iyunun 12-də olub, Rusiya günündə.

– İkilikdə?

– Yox-yox.Tam təsadüf. Rusiya günündə Kremldə quraşdırılan çadırlarların yanından keçib Kreml sarayına doğru yolu keçirik. Və birdən baxıram ki, məni müşayət edənlər geri çəkilib dayandılar. Nə olub? “Putin gəlir”. Nə olsun ki? Burda nə var ki, uşaqlar? Sizə nə olub? Haydı getdik! Və düz üstünə getdim, necə, bilirsən qabaq-qabağa gəlirsən, balaca yolda rastlaşırsan – və keçə bilməzsən. Salamlaşdıq. Mən: – çoxdan görüşmürük. O: ju-ju-ju; o indi çox mıyoldayır ( deməli, yaydırıcı danışır-Qorbaçovun qeydi).

– Miyoldayır?

– Aydın olmaması üçün. – Deyirəm: Vladimir Vladimiroviç, Siz üç dəfə görüş təyin etmisiniz və üç dəfə də alınmayıb. Bundan sonra bu nəticəyə gəldim ki, bir də görüş barədə xahiş etməyəcəm. Və bundan sonra – bitdi. Onun şənlənməyi çoxdur. Sərxoşluq da edir, rəqs də edir, uçur da, üzür də, lənət şeytana, nə gəldi edir. Amma, bircə kosmosdan qorxur. Yoxsa hamı onun üçün yazacaq: “Vladimir, Vladimiroviç, qayıtmayın, xalqa yazığınız gəlsin!”

– Özünüzü indi siyasətçi hesab edirsinizmi?

– Əsas odur ki, məni siyasətçi hesab edirlər. Bizdə özünü siyasətçi hesab edənlər çoxdur, əslində isə heç biri siyasətçi deyil.

– Necə oldu ki, ailəniz daha çox sizinlə birlikdə yaşamır?

– Onlar hamısı burda, Moskvada idilər. Sonra İrina ikinci dəfə ərə getdi. Andrey Truxaçevə. O isə Almaniyada işləyir, biznesi var – daşıma ilə məşğuldur. O mənim xoşuma gəlir, yaxşı oğlandır. Ona orda olmaq lazımdır. Onlar köçəndə, ardınca qalan hamısı-qızlar da getdilər. Biz demək olar ki, bütün pullarımızı yığdıq – ehtiyatlarımız çox azdır. Amma, Berlində hamısına mənzil aldıq.

– Məişətdə sizə kim kömək edir?

– Keçmiş prezident kimi, bir qrup adam ayırıblar, mənzil kimi. Ailə ilə əlaqələrimiz çox sıxdır, amma getmək uzaqdır. Biz əvvəllər həmişə Yeni ildə görüşərdük…

– Harda, Almaniyada?

– Aha. İndi nə Raisa var, nə də mən.

– Siz də ora köçmək istəmirsiniz?

– Yox, ora getmərəm.

– Niyə?

– Bunu yalnız rusca izah etmək olar.

– Fikirləşirsiniz ki, keçmiş prezident kimi qalxıb gedə bilməzsiniz? Bu, vətənpərvərcəsinə olmayacaq?

– Mən Rusiya ilə əlaqəni kəsmək istəmirəm.

– Ailənizsə Rusiya ilə əlaqəni kəsib.

– Yox. Onlarla məni müqayisə etmək- bu sərçə ilə atı müqayisə etməkdir.

Tərcümə etdi: İlham İsmayıl

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …