Baş səhifə / Cəmiyyət / Kreml: Azərbaycan və Rusiya prezidentləri sentyabrın 1-də Soçidə görüşəcək

Kreml: Azərbaycan və Rusiya prezidentləri sentyabrın 1-də Soçidə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş sentyabrın 1-də Soçi şəhərində keçiriləcək.

Report” xəbər verir ki, məlumatı Rusiya prezidentinin Mətbuat xidməti yayıb.

Kremldən bildirilib ki, dövlət başçıları gündəlikdə olan bir sıra mühüm məsələlər, o cümlədən qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Görüşün yekununda hökumətlərarası və qurumlararası bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …