Baş səhifə / Dünya / Amerika təyyarəsində kor müsəlmanın çantası əlindən alındı-Rəzalət-Foto

Amerika təyyarəsində kor müsəlmanın çantası əlindən alındı-Rəzalət-Foto

“Biz susduqca islamofobiya problem kimi qəbul edilməyəcək…”

Birləşmiş Ştatlarda hüquq müdafiəçiləri İslamofobiya və müsəlmanlara qarşı qarşı ayrı-seçkilik hadisələri ilə bağlı mətbuat konfransı keçiriblər.

Moderator24.com yazır ki, bu haqda “Indy Week” nəşri xəbər yayıb.

Tarboro şəhərinin İctimai Mərkəzində “Müsəlmanlar sosial ədalət naminə ” təşkilatı dini səbəblərlə bağlı haqsızlıqlarla qarşılaşanları bir araya gətirib.

Görmə əlilliyi olan Ukkaşa Məhəmməd iyulun 26-da Amerika Hava Yollarına (American Airlines) məxsus təyyarəyə mindikdən sonra əl çantasının müsadirə olunmasından danışıb. O, çantasını oturacağın üzərinə qoyaraq ayaqyoluna gedib-qayıtdıqdan sonra şəxsi əşyasını yerində tapmayıb. Məlum olub ki, içərisində cib telefonu və qlaukoma göz xəstəliyinə qarşı dərman olan çantanı uçuş heyəti “şübhə” səbəbiylə götürüb. Ukkaşa bunun yalnız onun müsəlman görünüşü ilə bağlı baş verdiyinə əmindir.

Yerli bir qadın Zuhra Umus isə oğlunu həbsxanada ziyarət etməsinə icazə verilməməsindən bəhs edib. Hər dəfə həbsxana nəzarətçisi ondan hicabını çıxararaq silkələməyini tələb edir. Nəticədə, o, bir ildir ki, oğlunu görə bilmir.

Mətbuat konfransının təşkilatçılarından Manzur Cima islamofobiyanı irqçiliyin formalarından biri kimi vurğulayaraq onunla mübarizə aparmanın yeganə yolunun yalnız bu cür hekayələrin ictimailəşdirilməsi olduğunu bildirib.

“Biz səssiz qaldıqca islamofobiya problem olaraq qəbul edilməyəcək”, – deyə gözdən əlil müsəlman Ukkaşa əlavə edib.

Sultan Laçın

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …