Baş səhifə / Dünya / Tezliklə Putin-Paşinyan görüşü olacaq

Tezliklə Putin-Paşinyan görüşü olacaq

Tezliklə, sentyabrın əvvəllərində Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü olacaq. Bu haqda Ermənistan mətbuatı yazır.

Məlumata görə Nikol Paşinyanı Putinlə çox sərt söhbət gözləyir. Belə ki, görüşdə Ermənistanın eks-prezidenti (həm də Putinin dostu) Robert Köçəryana qarşı qaldırılmış cinayət işi, KTMT baş katibi Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsi və nəticədə blokun imicinə zərbə vurulması məsələləri müzakirə olunacaq.

“Ən maraqlısı budur ki, görüşdə ayrıca olaraq Azərbaycanın KTMT-yə daxil olması məsələsi də müzakirə ediləcək, hələlik müşahidəçi statusunda”-“168 jam” qəzeti yazır.

Xatırladaq ki, Azərbaycanın KTMT-yə daxil olması, yaxud bu blokda müşahidəçi statusunda təmsil edilməsi məsələsi son günlər geniş müzakirə edilir. Bu günlərdə isə KTMT-nin katibliyində blok yanında müşahidəçi statusu ilə təmsilçiliyin hüquqi normalarına dair sənədlər razılaşdırılıb. Rəsmi Yerevan isə bildirib ki, Azərbaycan KTMT-yə daxil olmaq istəsə veto hüququndan istifadə edərək bunu əngəlləyəcək.(virtualaz.org)

Buna da bax...

Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı …