Baş səhifə / Cəmiyyət / Rəsmi Moskvanın ikiüzlü həmsədrliyinin fotosübutu: Bakı bu rəzaləti həzm edəcəkmi?+VİDEO

Rəsmi Moskvanın ikiüzlü həmsədrliyinin fotosübutu: Bakı bu rəzaləti həzm edəcəkmi?+VİDEO

Moderator.az millətimizin ən ağrılı və sağalması müşkül dərdi olan Qarabağla bağlı olduqca vacib bir mövzunu ictimai müzakirəyə çıxarır.

Ölkənin bütün media quruluşlarını, nüfuzlu vətəndaş cəmiyyəti institutlarını, fərqli siyasi baxışları olsa da hər zaman ümumilli məsələlərdə həmrəylik sərgiləyən siyasi təşkilatları, millət vəkillərini, diaspor birliklərini, müvafiq dövlət strukturlarını bu rəzalətə biganə qalmamağa səsləyirik.

Mövzu Rusiyanın ikiüzlü vasitəçilik missiyasının ifşa edilməsi və ondan Azərbaycanla münasibətlərdə səmimiliyə dəvət edilməsidir. İndi sizə təqdim edilən fotolar bizə strateji müttəfqilik nağılı söyləməkdən yorulmayan rəsmi Moskvanın dağlıq Qarabağ münaqişəsinə sərgilədiyi gerçək münasibəti çılpaqlığı ilə əks etdirir. İşğalçını birmənalı dəstəkləməsi azmış kimi açıq şəkildə Azərbaycanı aşağılamaqdan əl çəkməyən Kremlinin icazəsi olmadan Moskvada, Sankt-Peterburqda və digər şəhərlərdə qondarma rejimin tandılmasına hesablanan çirkin addımlar atılardımı?

Təqdim olunan fotolar Moskvanın burnunun ucunda, qulağının dibindəki Yaroslavlın göbəyində çəkilib. “Artsax” ticarət mərkəzinin sahibinin milli kimliyi önəmli deyil, önəmli olan Rusiyanın heç olmasa Azərbaycanla imzaladığı müqavilələrdəki öz imzasına hörmətsizliyidir.

Mövzunu o mənhus və faşist marka həmin ticarət mərkəzinin üzərindən götürülənədək davam etdirəcəyik…

Buna da bax...

ABŞ-da şəhər satılır – VİDEO

ABŞ-ın Corciya ştatının Tumsboro şəhəri satışa çıxarılıb. Oxu.az-ın xəbərinə görə, bu barədə NBC New York …