Baş səhifə / Dünya / “Liverpul” ulduzu Britaniyada məscidin tualetini yudu… – İBRƏTAMİZ + VİDEO

“Liverpul” ulduzu Britaniyada məscidin tualetini yudu… – İBRƏTAMİZ + VİDEO

Sosial şəbəkələrdə İngiltərənin “Liverpul” klubunun müsəlman ulduzu Sadio Manenin Liverpuldakı məscidin ayaqyolunu təmizləməsini əks etdirən video-yazı müzakirə edilir.

Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, görüntülər “Tvitter”də yayılıb.
Məşhur futbolçunun şlanqla tualetin döşəməsini yuduğu aydın görünür. Videoya artıq 1 milyona yaxın izləyici baxıb.

Xatırladaq ki, Seneqal futbolçusu Sadio Manet “Liverpul” klubunun və Seneqal milli komandasının yarımmüdafiəçisidir. O, dindarlığı ilə fərqlənir, xeyriyyəçiliklə məşğul olur. Sadio ölkəsində məscid təmirinə böyük məbləğdə pul bağışlayıb.

Sultan Laçın

Buna da bax...

Tramp Ərdoğanla anlaşdı

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada daha sıx …