Baş səhifə / Cəmiyyət / Axundovdan ermənilərə sillə kimi dərs: “Sizin qanınız çoxdan halaldır, amma…”

Axundovdan ermənilərə sillə kimi dərs: “Sizin qanınız çoxdan halaldır, amma…”

Mirzə Fətəli Axundovun 1960-cı illərdə Bakınınn mərkəzi meydanların birindəki heykəlini ermənilər uçurub.

Tarixçi Elmar Həsənli Moderator.az-a M.F.Axundovun heykəlinin ermənilər tərəfindən dağıdılmasının səbəbini açıqlayıb:

“Buna səbəb Mirzə Fətəli Axundovun elə həmin günlərdə Azərbaycan televiziyası ilə nümayiş etdirilmiş “Hacı Qara” əsəri olub. Bu əsərdə ermənilər haqqında olan səhnə və həmin səhnənin televiziya ilə nümayiş etdirilməsi mərkəzdəki havadarlarına dayaqlanan ermənilərin Bakıda da at oynatmasına imkan verib”.

Qeyd edək ki, “Hacı Qara”’ komediyasında ermənilərin qəzəbinə tuş gələn hissə bu səhnə olub: “Hacı Qara qaçaq mal alverindən qayıdarkən gecə yolda bir neçə erməni kəndlisi ilə rastlaşır. Onları yolkəsən hesab edib, üstlərinə qışqırır:
– Hacı Qara: Tüfəngləri yerə salın, yoxsa vuraram!
(Ermənilər başlayırlar ağlamağa)
– Mkrtıç: Vallah yarağımız yoxdur, bu iki oraqdan başqa bizdə kəsik tapılmaz. Əgər bizdə silah varsa, qanımız sənə halaldır.
– Hacı Qara: Sizin qanınız çoxdan halaldır, amma bu zamanadək tökən olmayıb!”

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …