Baş səhifə / Dünya / Necə oldu ki, İsrail super hərbi gücə çevrildi? – F-22-lər və B-21-lər

Necə oldu ki, İsrail super hərbi gücə çevrildi? – F-22-lər və B-21-lər

İsrail ABŞ-dan ehtiyac duyduğu çox şeyə sahibdir. Hətta bir neçə sahədə İsrail ordusunun sahib olduğu bacarıqlar ABŞ-ın analoji keyfiyyətlərini üstələyir. Bu məqalədə İsrail ordusunun dünyanın super güclərindən birinə çevirən 5 səbəb barəsində danışacağıq.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, 1950-ci illərdə öz fəaliyyət müddətini tamamlayan bir neçə B-17 bombardımançılarından sonra İsrail heç vaxt strateji bombardımançılardan istifadə etməyib. Baxmayaraq ki, İranla aralarındakı aradakı gərginlik sonrası İran HHM sistemlərini təzyiq altında saxlamaq məqsədilə bu təyyarələrə müəyyən dövrlərdə ehtiyac hiss edilib, lakin Təl-Əviv heç vaxt bu yolu seçməyib.

Yalnızca bir sıra qeyd olunan gözləntilərə əsasən İsrail istədiyi və istəyəcəyi hər bir hərbi vasitəni ABŞ ordusundan əldə edə bilər düşüncəsi formalaşsa da, İsrail rəhbərliyi istənilən halda silahlanma mövzusunda diqqətli olmalıdır. Belə ki, ölkənin üzləşdiyi maliyyə limiti İsraili silahlanma mövzusunda ciddi seçimlər qarşısında qoyur. Hətta ABŞ-la və onun sahib olduğu müdafiə sənayesi ilə möhkəm hərbi əlaqələr belə İsrail üçün qarantiya rolunda çıxış edə bilməz. Ona görə ki, ABŞ-ın sahib olduğu kisənin də bir həcmi var və Pentaqon İsrail üçün xərclədiyi hər əlavə dollar üçün Amerika xalqı qarşısında daha çox hesabat verməli olur.

Sahil döyüş gəmisi

 

Uzun müddətdir ki, İsrail Hərbi Dəniz Qüvvələrinin silahlanmasında korvetlərin tarixi dominantlığına baxmayaraq, döyüş gəmilərinin prioritet olaraq qəbul edilməsi nəzərə çarpır. Eyni zamanda Qəzza blokadasından dolayı donanmanın tərkibindəki dəniz piyadalarının da inkişafı başlıca mövzulardan birinə çevrildi. Məhz bu baxımdan İsrail Müdafiə Nazirliyi daxilində dəniz qüvvələri üçün sahil döyüş gəmilərinin alınmasına doğru meyl ön plana çıxdı. Bu meyl son 10 il ərzində İsrail-Fələstin zonasında HƏMAS-ın həyata keçirdiyi təxribatçı addımların artmasından dolayı daha da sürətləndirildi. Bu baxımdan ABŞ-la ikitərəfli müqavilələr imzalandı. Əldə edilən razılıqlara əsasən, ABŞ özünün sahib olduğu gəmilərdən tamamilə fərqli xüsusiyyətlərə sahib çox sayda sahil döyüş gəmilərini İsrailə təhvil verməli idi. Kağız üzərində qeyd olunan şərtlərə görə olduqca yüksək sürətli, həssas manevr imkanlarına sahib, dar və daha yaxşı müdafiə sistemi ilə təchiz edilən bu gəmilər İsrailə istehsal qiymətindən də aşağı səviyyədə satılmalı idi. Daha sonra, hətta təhvil verilən 20-ə qədər sahil gəmisinin bir neçəsinin ABŞ-ın İsrailə hərbi yardımları çərçivəsinə daxil edilərək tamamilə qarşılıqsız verildiyi müəyyən olundu.

F-22 “Raptor”

F-22 qırıcılarının yenicə istehsalına başlanıldığı vaxtda İsrailin yüksək texnoloji vasitələri Rusiya və Çinə çatdırması ilə bağlı yayılan xəbərlərin doğurduğu narahatlıqlar, daha sonra isə bu xəbərlərin öz təsdiqini tapması ABŞ-ın Təl-Əvivə F-22 qırıcıları ilə bağlı sanksiyalarına səbəb olmuşdu. Belə ki, Pentaqon bundan sonra xüsusi icazə kağızı olmadan İsrailə sözügedən qırıcıların satılmayacağını elan etdi. Bu o analama gəlirdi ki, yalnızca ABŞ HHQ ən müasir və təkmilləşdirilmiş qırıcılara sahib bir ölkə kimi bu baxımdan dünya lideri idi. Buna görə də İsrail qırıcıların bir öncəki nəsli olan F-15-ləri almağa davam edirdi. Lakin bu o qədər də ciddi bir problem kimi qəbul edilmirdi. Çünki həmin dövrdə bir müddət F-22 qırıcılarının heç bir xarici dövlətə satışı həyata keçirilməmişdi. Buna görə də İsrailin geri qaldığını demək olmazdı. Nəticə etibarilə tərəflər arasında əldə edilən razılığa görə İsrail sahib olduğu olduqca yüksək texnoloji vasitələrin hər hansısa bir dövlətə ixracını ABŞ-ın icazəsi olmadan həyata keçirməyəcəyini boyuna almış və əvəzində ABŞ-dan pulsuz şəkildə çox sayda F-22-lər əldə etməyi bacarmışdı.

Uzaq mənzilli bombardımançılar

İsrail ABŞ-dan B-52 bombardımançılarını tələb etdikdən qısa müddət sonra İran hərbi kəşfiyyatı İsrailin uzaq mənzilli hədəfləri vura biləcək aviasiya vasitələrinə sahib olduğunu elan etdi. Hər kəs sözügedən vasitələrin F-15 və F-16 qırıcıları olduğunu təxmin etsə də, bu qırıcıların İrana zərbə endirməsi mümkünsüz idi. Çünki sözügedən qırıcıların İranı hədəf alması üçün yanacaq doldurmalı idi. Bu isə bölgə dövlətləri ilə münasibətləri heç də qənaətbəxş olmayan İsrail üçün mümkünsüz kimi qəbul edilə bilərdi. Ona görə də kəşfiyyat mənbələri bu vasitələrin B seriyalı hər hansısa bir strateji bombardımançı ola biləcəyini ehtimal edirdilər. Nəticə etibarilə Təl-Əviv özü daha sonra rəsmi şəkildə ABŞ-dan heç bir strateji bombardımançı almadığını iddia etdi. Lakin daha sonra ABŞ və İsrail arasında 12 ədəd strtaeji B-21 və bir o qədər B-52 bombardımançılarının alqı-satqısı ilə bağlı sənədlər ortaya çıxdı.

Aviabombalar

Bəs sözügedən qırıcı və bombardımançılar raket və bombalar olmadan nə işə yaraya bilər. İsrail rəhbərliyi də əlbəttə ki, bunu düşünməyə başladı və bu məsələnin həlli üçün yerli istehsalın təşviqini ön plana çəkdi. Daha sonra isə yerli istehsalın ilkin nəticələri əldə edilənə qədər yenə də ABŞ-ın köməyindən yararlanmaq barədə qərar qəbul edildi. Belə ki, Obama administrasiyası dövründə ABŞ İsraili İranı vurmaq üçün kifayət qədər zərbə radiusuna sahib ən müasir raket və bombalarla təchiz etdi. Olduqca güzəştli şərtlər altın həyata keçirilən bu satışdan sonra, İsrail özünün daha üstün keyfiyyətlərə sahib aviabombalarını və raketlərini də təqdim etdi.

Ballistik raket təchizatlı sualtı gəmilər

İsrailin bu ana qədər ABŞ-dan ehtiyacı olduğu hər bir vasitəni almaq iqtidarında olduğunu və bir çoxunun daha keyfiyyətli versiyalarını da özünün istehsal etdiyini qeyd etdik. Lakin bir sıra vasitələrdə İsrailin ABŞ üzərindəki üstünlüyü daha aydın nəzərə çarpır. Belə ki, İsrail ABŞ-ın təqdim etdiyi “Ohio” sinif gəmilərin tələblərinə cavab vermədiyini iddia edərək onu almaqdan imtina etdikdən sonra ABŞ bu gəmilərin 4-nü İsrailə tam qarşılıqsız olaraq verdi. Lakin İsrail hərbi rəsmiləri bu gəmilərin yetərsiz olduğunu qeyd edərək ölkə rəhbərliyindən yerli istehsal gəmilər tələb etdi. Nəticədə Təl-Əviv hökuməti “Ohio” sinfindən olan lakin daha üstün göstəricilərə sahib yeni gəmilərin istehsalına başladı. Bir çox hərbi ekspertlərin uzaq mənzilli ballistik raketlə silahlandırılmış sualtı gəmilər içərisində lider elan etdiyi yeni dəniz vasitələrindən ibarət dünyanın ən güclü sualtı döyüş filotiliyası formalaşdırıldı.

Buna da bax...

Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib

Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Moderator24.com -un …