Baş səhifə / Cəmiyyət / Sosial evlər satışa çıxarıldı, sistem yenə çökdü – Vaxt dəyişdirildi

Sosial evlər satışa çıxarıldı, sistem yenə çökdü – Vaxt dəyişdirildi

Xəbər verdiyimiz kimi, bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin saytında sosial mənzillər yenidən satışa çıxarılıb.

Qısa müddət ərzində sayta giriş çox olduğundan sistem yenidən çöküb.

Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edərək bildirib ki, mənzil seçimi prosesi hazırda dayandırılıb və proses bu gün saat 15:00-dan etibarən aktivləşdiriləcək.

Xatırladaq ki, mayın 7-də keçirilən sosial mənzillərin elektron qaydada seçimi zamanı da problem yaranmışdı.

Rəsmi açıqlamaya görə, həmin vaxt “Elektron hökumət” portalı yüklənməyə məruz qalıb və müraciətlərin eyni anda qeydə alınmasında qısamüddətli ləngimə yaradan nasazlıq baş verib.(oxu.az)

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …