Baş səhifə / Cəmiyyət / “Bizim bir hərbçimizin peşəkarlığı düşmənin 10-15 hərbçisinin peşəkarlığına bərabərdir”

“Bizim bir hərbçimizin peşəkarlığı düşmənin 10-15 hərbçisinin peşəkarlığına bərabərdir”

Şair Ramaldanov: “Azərbaycanda peşəkar orduya keçidlə bağlı çox məsələ həll edilib”

“Azərbaycan ordusu Ermənistan ordusundan fərqli olaraq, peşəkar orduya keçidlə bağlı çox məsələni həll edib”.
Bunu Moderator24.com -a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan ordusunda əsas vəzifələrdə çalışanların demək olar ki, tamamının müddətdən artıq xidmət edən hərbi peşəkarlardan təşkil edilməsi bunun isbatıdır:

“Peşəkar orduya keçidlə bağlı mühüm məqamlardan biri manqa komandirindən tutmuş digər hərbçilərə kimi əksər hərbi qulluqçuların müddətdən artıq xidmət edən şəxslərdən təşkil olunmasıdır. Bu gün manqa komandirləri, tağım komandirlərinin müavinləri, texnika və rabitədəki aparıcı mütəxəssislər, atəş vasitələrində qulluq edən hərbçilər müddətdən artıq xidmət edən, MAXE kimi tanınan hərbi mütəxəssislərdir. Onlar yarım il, bir il xidmət edən əsgərlər deyil. Onlar 5-10 il həmin vəzifələrdə xidmət edən hərbi qulluqçulardır. Təbii ki, onların hər birinin biliyi, peşəkarlığı 10-15 erməni hərbçisinin peşəkarlığına bərabərdir. Ermənistanda bu vəzifələrdə əsasən əsgərlər xidmət edir.
Ordumuzun peşəkarlığı düşmənə təmas xəttində hər hansı addım atmaq imkanı vermir”.

Seymur Əliyev

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …