Baş səhifə / Cəmiyyət / “Rusiyanın hərbi sənaye kompleksi Qarabağ münaqişəsindən hər il milyardlarla pul qazanır”

“Rusiyanın hərbi sənaye kompleksi Qarabağ münaqişəsindən hər il milyardlarla pul qazanır”

Əli Orucov: “Heç vaxt Ermənistan Rusiya tərəfindən oyundankənar vəziyyətdə qala bilməz”

Son vaxtlar Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və bu inkişafın Ermənistan əleyhinə çevrilə biləcəyi ilə bağlı ehtimallar səslənməkdədir.

Azərbaycan-Rusiya yaxınlaşması Qarabağ probleminin ölkəmizin xeyrinə həllinə şərait yarada bilərmi? Doğrudanmı Azərbaycan Rusiya ilə münasibətləri yeni mərhələyə qaldırmaqla Ermənistanı oyundanxaric vəziyyətə gətirə və Kremlin Qarabağ problemini həllinə ədalətlə yanaşmasını təmin edə bilər?

Moderator.az-a açıqlama verən politoloq Əli Orucov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycanın qonşuları ilə yaxşı münasibətlər qurması və əlaqələrini daha da genişləndirməsi müsbət haldır. Xüsusən də qlobal hərbi-siyasi gücə iddia edən və çoxqütblü dünya düzəni yaratmağa cəhd edən Rusiya ilə dil tapmaq olduqca vacibdir. Baxmayaraq ki, şimal qonşumuz son dövrlər daha aqressiv və ekspansionist siyasət yürüdür və daha çox hədə, güc dilində danışmağa üstünlük verir. Eyni zamanda, beynəlxalq iqtisadi-maliyyə sanksiyaları Rusiyanı çətin duruma salmaqdadır. Lakin istənilən halda Moskva faktorunu diqqətdən kənara qoymamalıyıq. Rusiya ilə Azərbaycanın inkişaf edən əlaqələrinin ölkəmiz üçün daha geniş mənada, xüsusən də ərazi bütövlüyümüzü və demokratik dəyərlərin bərqərar olunması baxımından müsbət təsiri yoxdur. Çünki Rusiyanın özündə qeyri-demokratik bir rejim höküm sürür və belə bir rejimlərin də sərhədləri boyunca qalmasına çalışır. Ona görə də Rusiya ilə sərhədlərdəki dövlətlərdə demokratik dəyişiklikləri hər vəchlə əngəlləyir, buna qətiyyən imkan vermir. Demokratik dəyərlərin az-çox olduğu sərhədyanı dövlətlərə isə daima ciddi təhlükələr törədir. Qarabağ münaqişəsinin həllinə gəlincə isə, Moskva bu münaqişəni ona görə yaradıb ki, Cənubi Qafqazi nəzarətində saxlaya bilsin. Üstəlik də bu münaqişədən Rusiya hərbi sənaye kompleksi hər il milyardlarla pul qazanır. Bunları təbii ki, əldən verməz.
Qarabağın ədalətli həlli və münaqişənin bitməsi gələcəkdə Rusiyanın Şimali Qafqazdakı subyektərindəki durumu da kökündən dəyişə bilər, onların müstəqillik və azadlıq istəklərini atrıra bilər ki, bu, Kreml üçün qətiyyən arzuolunan deyil.

Картинки по запросу politoloq Əli Orucov

Ermənistanla münsibətlər isə bir qədər fərqlidir. Heç vaxt Ermənistan Rusiya tərəfindən oyundankənar vəziyyətdə qala bilməz. Moskva üçün Ermənistanda istənilən hakimiyyətləri dəyişmək su içimi kimi bir şeydir. Dağlıq Qarabağ münsiqşəsinin ədalətli həlli hərbi-siyasi yoldur və bu yol daxili həmrəylik və milli birlikdən, demokratiyadan və xalqa güvənməkdən keçir”.

Seymur ƏLİYEV

Buna da bax...

Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı …