Baş səhifə / Cəmiyyət / “Mənim xəstəliyimlə alver edirsiniz?” – Xalq artisti od püskürdü…

“Mənim xəstəliyimlə alver edirsiniz?” – Xalq artisti od püskürdü…

Xalq artisti Rasim Balayev dünən saytların birinə açıqlamasında ayağının sinir damarında ağırlar olduğu üçün fizioterapiyaya getdiyini deməsinə peşman olub.

R.Balayev Moderator.az -a açıqlamasında onun səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlərin yanlış olduğunu bildirərək, bu kimi xəbərləri yayan jurnalistləri sərt tənqid edib:

“Bu adamlar saytlarını məşhurlaşdırmaq, qonarar almaq üçünmü bunu edirlər?! O adamlara demək istəyirəm ki, mənim xəstəliyimi yaymaqla saytına oxucu qazanırsan?! İndi o, qadın jurnalistə zəng vururam, telefonu bağlıdır. Dialoqumuz belə olub. Deyib ki, necəsiniz? Demişəm ki, yaxşıyam. Sonra sorşudu ki, səhhətiniz necədir? Dedim ki, səhhətim yaxşıdır, bir az ayağımda problem var, fizioterapiyaya gedirəm. Fizioterapiya reanimasiya deyil axı, orda adamın ayağına tok verirlər. Götürüb yazıblar ki, “Rasim Balayevin səhhəti pisləşdi”. Bu nə deməkdir, bunun adı nədir? Mən axı deməmişəm ki, vəziyyətim pisdir.

Evin içində ayağım boşa düşdü, az qaldım ki, yıxılam, amma özümü saxladım. Həkimə gedib müayinə etdirdim və bildirdilər ki, heç bir problem yoxdur. Ayağımın sinir damarında soyuq olub deyəsən. Belimdə yırtıq var, bu mənimlə qəbirə qədərdi. “Babək” filmində bir neçə dəfə atdan yıxılmışam. Onda cavan olduğuma görə təzədən atı minib çapırdım. İnsan yaşlaşanda ağrılar üzə çıxır. Mən yaşlı adamam, elə cavan dostlarım var, belində yırtıq var. Haqqımda belə şeyləri yazmaq düzgün deyil axı. Bunlar nə qədər axmaq adamlardılar. Bunu niyə şişirdirsiniz?! Mənə sonra həqiqətən xəstələnəndə də inanmayacaqlar. Bu fizioterapiya xəstəlik deyil, getməyə də bilərəm. Həkim deyib ki, piyada gəz, qoy əzələlər hərəkət eləsin. Məni tanıyan adamlar hər gün zəng vururlar ki, sənə nə olub. Dilxor olmuşam, əsəbimdən gecə yatmamışam. Bu saytların tərbiyyəsi olsun, dediyim sözü düzgün yazsınlar və elə eləməsinlər ki, heç bir sayta açıqlama verməyim. Niyə məni heç nədən əsəbiləşdirirsiniz? Yekə adamsınız, niyə yalandan danışırsınız? Mənim xəstəliyimlə alver edirsiniz?!”

Vasif Əlihüseyn

Buna da bax...

Lukaşenko: “Dedim beş rayonu qaytarın, lazım olsa Qarabağa qoşun yeridəcəyik”

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya mətbuat nümayəndələri ilə görüşü zamanı Rusiya və Belarusun …