Baş səhifə / Cəmiyyət / İnstaqram Azərbaycanda populyarlaşır – burada pul qazanmaq imkanları var

İnstaqram Azərbaycanda populyarlaşır – burada pul qazanmaq imkanları var

İnstaqramdan çox aktiv şəkildə istifadə edirsinizsə, sizə sağlamlıqla bağlı pis bir xəbərimiz var. Artıq içində yaşadığımız texnologiya dövrü bizə bütün internet yeniliklərindən istifadəni mütləq edir. Əslində araşdırma, öyrənmə, bilik əldə etmə adına internetdən istifadə etdiyimiz zaman internet inanılmaz bir platformaya çevrilir. Amma internetin bizi içinə çəkən, daha çox internet asılılığı yaradan bir tərəfi də var: o da sosial mediadır.

Qəbul edib-etməməyimizdən asılı olmayaraq, demək olar ki, hamımız sosial media platformalarının köləsi olmuşuq. Etdiklərimizi başqaları ilə paylaşmaq həvəsi bizi ruhi pozğunluğa sürükləyib. Belə ki, ilk dəfə getdiyimiz bir yerin şəklini paylaşmaq, ya da orda olduğumuzu bildirmək (buna konum göstərmək də deyirlər) o yerin zövqünü çıxarmaqdan daha önəmli bir hala gəlib.

Məhz bu durumla bağlı araşdırma aparan İngiltərədəki Əhalinin Sağlamlığı üçün Kral Toplumu adlı təşkilat 14-24 yaş arasındakı 1500 nəfərin qatıldığı bir təcrübə təşkil edib. Bununla da sosial medianın ən populyar “üzvləri” olan YouTube, Instaqram, Snapchat, Facebook və Tvitterin gənclər üzərindəki təsirini araşdırıb. Əldə olunan nəticələrə görə, Instagram gənclərin ruhi sağlamlığı baxımdan ən zərərli platforma olub.

Belə ki, gənclər bura şəkil yerləşdirməklə ilk növbədə “layk” (bəyənmə) reaksiyasını şiddətlə gözləyirlər. Gənclərin özünə inamına birbaşa təsir edən Instaqram hər nə qədər digər platformalara görə ancaq şəkil paylaşılan məkan təəssüratı yaratsa da, gerçək fərqlidir. Bu, gənclər üçün olduqca təhlükəli sahədir. Araşdırmaçılar mövzu ilə bağlı bildiriblər ki, ümumiyyətlə, sosial media vasitələri vərdiş yaratmaq baxımdan siqaret və alkoqoldan daha təhlükəlidir. Sosial media platformaları qayğı, depressiya və yuxu bölünmələrinə yol açır. 25 yaşından kiçik gənclərdə isə qayğı və depressiya dərəcəsi 70 faizə qədər çatıb. Bundan başqa, İnstaqramda insanlar ancaq ən gözəl fotolarını, istirahət anlarını, lüksə yönəlik detalları paylaşırlar. Bu isə onu arzulayıb da, çata bilməyənlər üçün ciddi depressiya və psixoloji gərginliyə səbəb olur. Düşünün ki, bir adam istirahətə çıxır, hansısa xarici ölkədə səyahətdədir. Və ordan anbaan şəkillər paylaşır, hər şeyin dadını çıxarmaq yerinə onu “sadistcəsinə” insanların gözünə soxur. Həmin məkanlara gedə bilməyənlər üçünsə İnstaqram sadəcə arzularının qəbiristanlığına çevrilir.

İNSTAQRAMDA “LAYK” YIĞMAQ ÜÇÜN BUNLARI BİLMƏK LAZIMDIR
Araşdırma zamanı üzə çıxıb ki, gənclərə ən müsbət təsir edən sosial media platforması isə YouTube-dir. Onlar bu sayta girməklə ancaq əhvallarını yüksəltməyə nail olurlar.

Amma son illər İnstaqram digər sosial şəbəkələrlə müqayisədə daha aktivdir. Burada populyar olmağın da bir neçə yolu var. “Yeni Müsavat” Türkiyə mediasına istinadən xəbər verir ki, bunların sırasında ilk növbədə insanların spesifik səs, xarakter və yumor hissinin olmasıdır. Əgər bütün bunlar olarsa, bu, dərhal İnstaqramda nəzərə çarpır. Hər zaman insanları güldürməyə məcbur deyilsiniz, amma səmimi paylaşımlar insanların özlərini sizə daha yaxın hiss etmələrinə yardımçı olacaq.

MÜKƏMMƏL OLMAĞA ÇALIŞMAYIN
“Instagram’da mükəmməlliyətin çox önəmli olduğu zamanlar vardı. Mükəmməl manikürlər, mükəmməl yeməklər. Amma indi İnstaqram hekayələri insanların gerçək həyatlarını ortaya çıxarır. Təbii postlar daha çox diqqət çəkir. Mükəmməliyyət, modellər və məşhurlarla insanların əlaqələrini qoparır. Əslində Instagramın açarı etməyi sevdiyiniz bir işi tapmaq və özünüz kimi olmaqdır.

Hər kəsin öz sərhədləri və limitləri var. Nə qədər paylaşmaq istəyirsinizsə, o qədər paylaşarsınız. Məsələn, Chiara Ferragni geyimlərindən tutmuş, yeməklərə qədər hər şeyini paylaşır. Bu da olduqca fərdi bir İnstaqram hesabının ortaya gəlməsinə səbəb olur. Bəzən insanlar başqalarına niyə uşaqlarının şəklini bu qədər çox paylaşdığını soruşurlar. Bu, bir tərcih məsələsidir.

Kiminçünsə uşaqları bir dünyadır. Onlar İnstaqram dünyasına da uşaqlarını daşımaq istəyirlər. İnstaqram kiminçünsə stress yaradan bir nəsnə ola bilər. Amma paylaşdıqlarınız sizin nəzarətiniz altındadırsa, burada problem ola bilməz. Bundan başqa, arzulayan şəxs şəkillərinə şərh hissəsini qapada bilər.

İstədiyinizi edin. Əgər çox gözəl bir gün batımı çəkmisizsə və bunu paylaşmaq istəyirsinizsə, paylaşın. İnsanlar bunu sizin gözünüzdən görməyi sevəcəklər. Givenchy’nin dizayneri Riccardo Tisci bu məsələdə çox yaxşıdır. Olduğu yerlərdə öz gözündən bir çox mənzərə paylaşır. İnsanlar paylaşımları üzərində çox düşünür, uğursuz bir paylaşımın onlara izləyici itirdəcəyini zənn edirlər.

Bu, bəzi durumlarda doğru ola bilər, amma insanlar həyatı sizin gözünüzdən görməyi sevəcəklər.

İNSTAQRAM ONLARIN İŞ YERİDİR, PULLARINI ORDAN QAZANIRLAR
Məlumdur ki, məşhurlar öz instaqram səhifələrindən pul qazanma yoluna üstünlük verirlər. Belə ki, firmaların reklamına, hansısa gözəllik salonunun, yeni çıxan məhsulun… tanıtımına səhifələrində icazə verən məşhurlar hər paylaşımdan bəlli məbləğ alırlar. Nəticədə ay ərzində bu reklamların faizləri üst-üstə yığılır və 10 min dollardan başlanan bir məbləğə yüksəlir. Təbii ki, sıravi insanların belə bir şansı yoxdur. Amma sosial şəbəkədə və internetdə pul qazanmaq üçün xeyli optimal üsullar var.

Instagramda 100 min təqibçisi olan bir fenomenin bir paylaşım üçün qazancı 1000 dollardır. Müştərinin büdcəsi, kampaniyanın uzunluğu kimi faktorlardan asılı olaraq qiymət artıb azala bilər. Təbii ki, əgər müştəri ilə fenomenin münasibətləri bir agentlik tərəfindən tənzimlənirsə, bu halda məbləğdə bir miqdar daha artım ola bilər.

Müqayisə üçün deyək ki, Snapchatda 24 saatlıq bir kampaniya 500 dollardan başlanır. 50.000-100.000 izlənmə üçün 10.000-30.000 dollar qazanırlar. 1 milyon üzvü olan bir YouTube fenomeni, kampaniyası üçün 25 minlə 50 min dolar arasında bir məbləğ ala bilir. Təbii ki, bunlar YouTube üçün sektorda yazılı olmayan qaydalar olaraq bilinir. Amma 50.000-dən artıq təqibçisi olan bir hesab hər artan 100 min təqibçiyə görə 2 min dollar daha artıq gəlir əldə edir.

Nə vaxtsa kənddə xalçayuyan və yeni fəaliyyətə başlayan fotoqraf, indi Cek Morri və Loren Bullen şah kimi yaşayırlar. Onlar öz yaşayışları üçün Balinin möhtəşəm iqlimini seçiblər. Ayda bir dəfə yeni ölkəni səyahət edirlər. Onlar əylənmək üçün heç nədən imtina etmirlər və bu İntsaqramın sayəsindədir. Onlar İnstaqramda hər bir şəkili 9 000$-a satırlar.

Mançesterin balaca kəndindən olan Cek Morris və “qaraçı həyatı” prinsipləri ilə yaşayan Avstraliyalı Loren Bullen ötən il Ficini ziyarət edərkən bir-birilərini tapıblar. Onlar birlikdə çox yaxşı və maraqlı vaxt keçiriblər. Sonra onlar birlikdə Baliyə köçürlər və o vaxtdan birlikdə əfsanəvi həyat yaşayırlar.

İndi Lorenin 1,2 milyona yaxın izləyicisi var, lakin Cekin izləyiciləri daha çoxdur- iki milyon. İndi onlar necə qazanmaq barəsində düşünmürlər, şirkətlər özləri onlarla müqavilə bağlamağa cəhd göstərirlər.

Dünya şou-biznesində olduğu kimi, artıq Azərbaycan məşhurları da “Instagram”dan biznes məqsədləri üçün istifadə edirlər.

Onların hər bir paylaşım üçün aldıqları məbləğ təxminən aşağıdakı kimidir:

Gülay Zeynallı – 500-1000
Günay İbrahimli – 1000 AZN
Sevda Yəhyayeva- – 500 AZN
Afaq Gəncəli – 500 AZN
Pərvin Abıyeva- 1000 manat

(musavat.com)

Buna da bax...

Zakir Həsənov açılış etdi – FOTO

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti nazirliyin baş idarələrindən …