Baş səhifə / Cəmiyyət / “Oğluma Şəhid əmisinin adını qoymuşam…”-Aprel Şəhidimizin qardaşı…

“Oğluma Şəhid əmisinin adını qoymuşam…”-Aprel Şəhidimizin qardaşı…

Aprel döyüşlərində Şəhid olan hərbçilərimizdə biri də gizir Elimdar Səlimxan oğlu Səfərovdur.

Şəhidimiz aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərərək, qəhrəmancasına Şəhid olub. Silahlı Qüvvələrimizin Xüsusi Təyinatlı bölüyünün giziri Şəhid Elimdar Səfərov aprelin 4-də yaşadığı Neftçala rayon Aşağı Qaramanlı kəndində böyük izdihamla dəfn edilib.

Şəhidimizin böyük qardaşı Elizbar Səfərov Moderator24.com Elimdarın adının yaşadılması üçün əlindən gələn hər şeyi etdiyini deyib:

“Elimdar Şəhid olan gündən bu günə kimi onun adının yaşadılması üçün əlimdən nə gəlirsə, etməyə çalışıram. Elimdar namaz qılıb oruc tuturdu. Hərbçi olmağına baxmayaraq vaxt ayırıb ibadətin də edirdi. Hərbçi olmağa o, əsgər gedəndən sonra qərar verdi. Hərbi xidmətini başa vurduqdan sonra gizirlik kurslarına yazılıb oxudu və xidmətinə davam etdi”


Şəhidimizin qardaşı deyib ki, kəndimizdə “Şəhidlər” parkı tikdik…

“Onun arzularından biri kəndimizdəki məscidin təmiri idi. Deyirdi ki: “Bir az pul düzəldim, məscidi təmir edəcəm”. Elimdar Şəhid olandan sonra, onun öz puluyla məscidi təmir etdirdim. Həyətində hovuz tikdirib fotosunu vurduq. Bu mənim Elimdarla bağlı gördüyüm ilk iş idi. Sonra kəndimizdə “Şəhidlər” parkı salınması üçün rayon icra hakimiyyəti tərəfindən torpaq ayrıldı və orda biz böyük park tikdik. Burda Neftçala Şəhidlərinin adını əbədiləşdirdik”.

Şəhidimizin qardaşı qeyd edib ki, indi evlərində balaca Elimdar böyüyür:

“Elimdarın adının yaşadılması üçün mənim üçüncü işim dünyaya gələn oğluma öz qardaşımın adını qoymağım oldu. İndi övladım öz əmisinin adını daşıyır. Buna görə Allaha Şükr edirəm ki, mənə oğul payı verdi, yoxsa qardaşımdan sonra tək idim. Bundan sonra yenə nə lazımdırsa, öz qardaşım üçün əlimdən gələni etməyə hazıram.

Şəhidimizin qardaşı onlara göstərilən diqqətdən də razı olduğunu deyib:

“Bu gün həm rayon rəhbərliyi, həm də digər insanlar bizə həmişə diqqət və qayğıyla yanaşırlar. Bizi tez-tez ziyarətə gəlirlər. Anam Amanə xanımla söhbətləşirlər. Siz media işçiləri bizləri tez-tez işıqlandırırsınız buna görə hamıya təşəkkür edirik. Mən qardaşımla fəxr edirəm. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!”

Xatırladaq ki, Elimdar Səlimxan oğlu Səfərov 1992-ci il iyulun 26-da Yardımlı rayonunda anadan olub. Sonradan Şəhidimizin ailəsi Neftçala rayon Aşağı Qaramanlı kəndində köçüb və orda yaşamağa başlayıb.

2016-ci il aprel döyüşləri zamanı gizirimiz qəhrəmancasına Şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalla təltif edilib.

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …