Baş səhifə / Cəmiyyət / Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü olub

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

Moderator24.com “Azərtac“-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı.

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Buna da bax...

ABŞ-da şəhər satılır – VİDEO

ABŞ-ın Corciya ştatının Tumsboro şəhəri satışa çıxarılıb. Oxu.az-ın xəbərinə görə, bu barədə NBC New York …