Baş səhifə / Dünya / Ermənistanda təxris olunmuş zabitlər etiraz aksiyası keçirirlər

Ermənistanda təxris olunmuş zabitlər etiraz aksiyası keçirirlər

Ermənistan ordusundan təxris edilən bir qrup zabit Ermənistan höküməti binası qarşısında etiraz aksiyası keçirməklə, baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etiraz aksiyası iştirakçıları yaşamağa yer, mənzil tələb edirlər. Bundan əvvəlki hökumətə müraciətlərinin hamısına hər dəfə büdcədə pul yoxdur cavabı verildiyini qeyd edirlər.

Bildirilir ki, 1000 nəfəri təqaüdçü olmaqla, tərxis edilmiş 4 min nəfərədək erməni zabit evsiz qalıb. Bu zabitlərin bir hissəsi kirayə, bir hissəsi isə komalarda yaşayırlar.

Paşinyan hökumətindən heç kəsin onları qəbul etmədiyini qeyd edən, aksiya iştirakçıları bildirib ki, çox incə şeyləri KİV-lərin iştirakında demək istəmirlər və bu mövzuların çoxunu qapalı şəraitdə deyəcəklər.

Buna da bax...

Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib

Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Moderator24.com -un …