Baş səhifə / Dünya / Həyəcan təbili: Ermənistanın hansı bölgəsində uran var?

Həyəcan təbili: Ermənistanın hansı bölgəsində uran var?

Erməni ekoloqlar Vayots Dzor və Sünik vilayətlərinin sərhəddində yerləşən Amulsar yatağında və ətraf ərazilərdə doğrudan da uranın mövcud olub-olmadığını müəyyən etmək məqəsdilə əlavə tədqiqatlar aparılmasına dair çağırış edirlər.

Ordu.az xəbər verir ki, “Ekolur” (Ekoxəbər) ictimai təşkilatının rəhbəri İnqa Zarafyan, hələ 2007-ci ildə “Qorni Jurnal”da geologiya elmləri doktoru Aloyanın Amulsarda uran ehtiyatlarının 100 ton civarında olduğu barədə məqaləsinin dərc edildiyini xatırladıb.

Müəllifin sözlərinə görə, Amulsarda uran Keçut kəndindən 4 km cənub-qərbə doğru eyni adlı dağın zirvəsindən 5 km şimal-qərbdə yerləşir.

Məqalə dərc edildikdən sonra illərdir müvafiq orqanlar buna diqqət yetirməyib. Erməni ekoloqlar uran ehtiyatlarının Amulsar yataqlarına yaxın və ya onun ərazisində ola biləcəyindən narahatdırlar. Belə olan halda Amulsar yatağının açıq şəraitdə istismarı və ya partlayış işləri ciddi risklərə səbəb ola bilər.

Hazırda ekoloqlar bununla əlaqədar Ermənistan hökümətinin ciddi araşdırmalar aparmalı və Amulsar yatağının istismarının məqəsədəuyğunluğu barədə qərar verməli olduğunu qeyd edirlər.

Qeyd edək ki, uran strateji xammaldır və buna görə xüsusi lisenziya verilməlidir. “Lydian Armenia” şirkətində isə belə bir lisenziya yoxdur. “Lydian Armenia” şirkəti Britaniyanın “Lydian International” şirkətinin törəməsidir. Amulsar yatağının ümumi dəyəri isə 370 mln dollar təşkil edir. Yatağın istismarı 10 il 4 ay davam edəcək. İldə 200 min unsiya qızıl çıxarılması nəzərdə tutulur. Amulsar yatagı ehtiyatlarının həcminə görə Ermənistanda ikinci ən böyük yataqdır.

Əlavə edək ki, yerli erməni əhali iyun ayından etibarən Amulsar yatağına gedən yolu bağlamaqda davam edir. Onlar yatağın istismarının əleyhinə etiraz aksiyası keçirirlər.

Buna da bax...

Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib

Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Moderator24.com -un …