Baş səhifə / Cəmiyyət / Abşeronda məktəblini “tok” vurub öldürdü — Atası xəstəxananın həyətində basdırdı (FOTOLAR)

Abşeronda məktəblini “tok” vurub öldürdü — Atası xəstəxananın həyətində basdırdı (FOTOLAR)

Abşeron rayonunda 15 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

Moderator24.com -un Report-a istinadən məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, Abşeron rayonu, Saray qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Asim Məmmədovu elektrik cərəyanı vurub. O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Asim Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Lakin ata ovladının ölümünə inanmayaraq onu xəstəxananın həyətində basdırıb. Nəticədə hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Bir neçə saatdan sonra oğlunun öldüyünü qəbul edən ata meyiti çıxararaq aparıb.

Qeyd edək ki, A.Məmmədov Abşeron rayon Saray qəsəbə A.Müzəffərov adına 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …