Baş səhifə / Cəmiyyət / Düşmən Qarabağda təxribatlara hazırlaşır: Döyüş atışlı təlimlər başladı

Düşmən Qarabağda təxribatlara hazırlaşır: Döyüş atışlı təlimlər başladı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.

Ordu.az-ın Qarabağ bürosunun xəbərinə görə, işğalçı ordu Ağdam rayonunun Uzundərə adlanan ərazisində keçirdiyi hərbi təlimlərdə atıcı silahlar və iri çaplı pulemyotlarla yanaşı, ağır artilleriya silahlarından da istifadə edib.

Atəş səsləri Ağdam və Tərtər rayonunun cəbhəətrafı kəndlərindən açıq-aşkar eşidilib.

Xatırladaq ki, dünən səhər saatlarından başlayan təlimlər hazırda davam edir. Partlayış səsləri cəbhə bölgəsində yerləşən kənd sakinləri arasında heç bir təşviş yaratmır.

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …