Baş səhifə / Cəmiyyət / Sancı və insultdan qorunmaq üçün ən sadə üsul açıqlandı

Sancı və insultdan qorunmaq üçün ən sadə üsul açıqlandı

Kanadanın Müqəddəs Mixayla xəstəxanasının biotexnologiya araşdırmalar mərkəzinin müxətəssisləri sübut ediblər ki, özündə yüksək yağlılıq saxlayan məhsullar insanı ürək-damar xəstəliklərindən qoruyur.

Bununla bağlı məlumat “MedicalXpress”in press-relizində yerləşdirilib.

Məlumdur ki, qidalanma zamanı insan orqanizmində artan A-IV (ApoA-IV) apolipoproteini ürək-damar xəstəliklərinin profilaktikasına yardım edir. Alimlər bildiriblər ki, ApoA-IV ürək-damar xəstəliklərinin yaranmasında əsas rol oynayan trombositlərin aktivliyinin azaldılmasına səbəb olur.

Məlum olub ki, apolipoprotein IIb/IIIa membran zülalını bloklayır və o, trombositlərin aqreqasiyasında iştirak edə bilmir.

ApoA-IV qidanın qəbul edilməsindən dərhal sonra özündə qan dövranını yaxşılaşdırır. O, daha çox gecə və səhərlər aktiv olur. Alimlər bu səbəbdən sancı və insultların bu saatlarda baş verdiyini deyiblər.(oxu.az)

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …