Baş səhifə / Gündəm / “Ermənilər yüz meyitə od vurub, yandırdılar…” – Xocalı qətliamı erməni və xarici jurnalistlərin dilindən…
“Ermənilər yüz meyitə od vurub, yandırdılar...” - Xocalı qətliamı erməni və xarici jurnalistlərin dilindən...

“Ermənilər yüz meyitə od vurub, yandırdılar…” – Xocalı qətliamı erməni və xarici jurnalistlərin dilindən…

İki gün sonra Xacalı facisənin 26-cı il dönümünü qeyd edirik. 1992-ci il fevralın 25-dən, 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalı şəhərini mühasirəyə alan erməni faşistləri həmin gecə soyqrım törətdilər.

Hadisə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmin hadisədən sonra əraziyə ezam olunan jurnalistlər öz dəhşət dolu fikirlərini bölüşüblər.

Moderator.az sizə xarici jurnalistlərin Xocalı hadisəsi ilə bağlı gördüklərini təqdim edir.

Fransız jurnalist Jean-Yves Junet.

“Bu gördüklərim həqiqət ola bilməz. Bu mənə beynimin oynadığı bir oyun ola bilərdi. Necə ola bilər ki, insan oğlu soyuqqanlılıqla bir adamın başını sümüyünə qədər kəsə bilər. Ya da necə ola bilər ki, insan hamilə qadının qarnını yarıb körpəsini çıxararaq süngüyə taxar. Bir çox müharibələr haqda eşitdim, amma Xocalıdakı kimi bir vəhşiliyə heç yerdə rast gəlmədim”.

Amerikalı jurnalist Thomas Goltz.

“Gördüklərim qarşısında “Reuters”in muxbiri Əlif Qaban və həyat yoldaşım Hicran donub qaldılar. Fotoqrafçı yoldaşım gördüklərində elə donub qalmışdı ki, onu şəkil çəkmək üçün meyitlərin üzərinə itələməyim lazım idi. Meyitlər adamın ürəyini bulandırırdı. Amma olanları danışmaq, dünyaya nümayiş etdirməyə məcbur idik. Həyatda qalanları taparaq orada baş verənləri kameranın yaddaşına köçürdük. Bəzi meyitləri tanımağa çalışdım, amma üzlərindən vurulduqlarından tanınmaz hala düşmüşdülər. Bəzilərinin isə başlarının dəriləri soyulmuşdu”.

Erməni jurnalist Daud Kheyriyan.

“Ölülərin yandırılması ilə məşğul olan bir erməni qrup martın 2-də Xocalının bir klometrliyinə maşınla yüz azərbaycanlı meyiti gətirdilər. Maşında 10 yaşlarında bir qız uşağı gördüm. Başından və əlindən yaralıydı. Üzü göyərmişdi. Yaralarına, soyuğa və aclığa baxmayaraq yaşayırdı. Çox çətin nəfəs alırdı. Gözlərini ölüm qorxusu bürümüşdü. Bu vaxt Tiqranyan adlı erməni əsgər onu götürüb meyitlərin üstünə atdı. Sonra bütün cəsədələrə od vurub yandırdılar. Bu vaxt sanki müyitlərin arasından bir səs eşitdim. Edə biləcəyim bir şey yox idi. Mən Şuşaya qayıtdım, onlar isə döyüşə davam etdilər”.

Rus jurnalist Yuri Romanov.

“Qarın əridiyi dağ yamacının kölgəsində saralmış otların üzərində insan meyitləri var idi. Böyük bir ərazi qadın, yaşlı və uşaq meyitləri ilə dolu idi. Meyitlərin arasında nənəsinin sinəsindən tutmuş balaca qış uşağının meyiti adamı yandıran bir mənzərə idi. Ağ saçlı, başı açıq nənənin yanında balaca qız uzanmışdı. Nəyəsə görə onların ayaqlarını tikanlı məftillə bağlamışdılar. Nənənin də əlləri bağlıydı. Təxminən dörd yaşlarında bir qız uşağı həyatının son anında əllərini nənəsinə uzatmışdı. Bu səhnə mənə o qədər pis təsir etdi ki, hətta kameranı da yaddan çıxardım”.

Vasif Əlihüseyn / Moderator24.com

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …