Baş səhifə / Cəmiyyət / Azərbaycanda yanacağın qiyməti bahalaşdı

Azərbaycanda yanacağın qiyməti bahalaşdı

Azərbaycanda maye qazın qiyməti bahalaşıb.

LPG (Maye qaz) qazın qiyməti dünəndən etibarən artıb.

Yanacaq doldurma məntəqələrində LPG qazın bir litrinin qiyməti 40 qəpikdən 45 qəpiyə qaldırılıb. Bəzi YDM-lərdə ümumiyyətlə maye qazın satışı dayandırılıb. Bunu qiymətin dəyişdirilməsi ilə əlaqələndirirlər.

CNG (Sıxılmış təbii qaz) qazın qiymətində isə artım edilməyib. Bu növ qazın qiyməti də 45 qəpikdir.

Qeyd edək ki, bir müddətdir ki, qazla işləyən avtomobillərin sayında ciddi artım müşahidə edilir.//baku.ws

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …