Baş səhifə / Cəmiyyət / Ruslar Sərsəng anbarında balıq tutdu…- Video

Ruslar Sərsəng anbarında balıq tutdu…- Video

Qarabağ qazisi:“Bu göldə çox igidlərimiz batdı 1993-cü ildə… Allah lənət eləsin ikiüzlü insanlara!..”

25 ildən çoxdur işğal altında qalan Sərsəng su anbarının yeni görüntüləri yayılıb. Bu dəfəki video-çəkilişi anbara balıq tutmağa gəlmiş ruslar aparıb.

Moderator24.com Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla həmin görüntüləri nəzərinizə çatdırır. Çəkiliş edən şəxsin rusca şərhinin tərcüməsini də veririk:

“Budur… Dağlıq Qarabağdakı Sərsəng su anbarına gəlmişik… Balıq tutmağa… Görək, nə alınacaq?.. Səhər saat 7-dir… Bu, Tərtər çayının ərazisidir… Balıq var, balıq oynayır… Çoxlu “moyka” balığı var…”

P.S. Videoya yazılmış şərhində 1992-1993-cü ildə Ağdərə istiqamətindəki döyüşlərin iştirakçısı olmuş qazilər belə yazıb:

”Bu göldə çoxlu igidlərimiz batdı 1993-cü ildə… Fevral ayında mən orda döyüşürdüm Mehmanə istiqamətində…”

“Allah rəhmət eləsin, mərd igid Azərbaycan xalqının oğul və qızlarına!..”

“Allah lənət eləsin ikiüzlü insanlara… İgidlər ürəklə döyüşüblər…”

Sultan Laçın

Buna da bax...

Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı …