Baş səhifə / Dünya / Erməni general aprel hadisələrinə görə dindirildi: “Əməliyyat barədə mənə saat 03:10-da məlumat verildi”

Erməni general aprel hadisələrinə görə dindirildi: “Əməliyyat barədə mənə saat 03:10-da məlumat verildi”

Moderator24.com ordu.az -a istinadən Ermənistan silahlı qüvvələrinin ən məlumatlı şəxslərindən biri, Ermənistan SQ BQ inzibati aparatının rəhbəri general-mayor Aris Brutyana Yuri Xaçaturovun vəkili Qriqor Bekmezyan tərəfindən ünvanlanmış suallar barədə məlumatı təqdim edir:

Vəkil dindirməsi

Cari vəkil dindirməsi vəkil Qriqor Bekmezyan tərəfindən həyata keçirilib.

Vəkillik sorğusu “Vəkillər haqqında” Ermənistan respublikasının qanunun 18-ci bəndinin 4-cü abzasına əsaslanıb.

Qriqor Bekmezyan Yuri Xaçaturovun vəkili hesab olunur. O, Yuri Xaçaturovun şərəf və ləyaqətinin qorunması ilə bağlı məsələlərdə hüquqi şəxs hesab olunur.

Suallar 2016-cı ilin 2-5 aprel tarixləri arasındakı döyüşləri ərəfəsində zəruri məlumatlara malik olan Ermənistan SQ BQ inzibati aparatının rəhbəri general-mayor Aris Brutyana ünvanlanıb.

Dindirilmə general-mayor Aris Brutyana onun iş otağında təqdim edilib. Sorğu sualda general-mayor Aris Brutyan və Qriqor Bekmezyan iştirak edib.

Aşağıda təqdim edilən suallar və cavablar sıra ilə sadalanıb.

Sual 1: Buyurun, 2016-cı ilin aprel ayında hansı vəzifədə olduğunuzu təqdim edin.

Cavab: 2009-cu ildən indiyədək Ermənistan silahlı qüvvələri baş qərargahının inzibati aparatının rəhbəri vəzifəsini tuturam.

Sual 2: Ermənistan silahlı qüvvələri baş qərargahının inzibati aparatının rəhbəri olaraq sizin vəzifə borcunuz nədir və Ermənistan SQ BQR Yuri Xaçaturovun 2016-cı ilin 2-5 aprel tarixləri arasındakı müddətdə fəaliyyəti barədə nə dərəcədə məlumatlısınız?

Cavab: Ermənistan SQ BQ rəisinin inzibati aparatı var, bunun vasitəsilə qərargahın fəaliyyəti təşkil olunur. İnzibati aparatın rəhbəri olaraq, 2016-cı ilin 2-5 aprel tarixləri arasındakı müddətdə aprel döyüşlərinin başlaması barədə xəbərdarlıqdan tutmuş müharibənin sonunadək qərargah rəisinin bütün fəaliyyətləri barədə məlumatım olub.

Sual 3: 2016-cı ilin 2 aprel tarixində Azərbaycan SQ hücum əməliyyatı barədə nə zaman məlumat almısınız?

Cavab: Azərbaycan SQ hücum əməliyyatı barədə mənə 2016-cı ilin 2 aprel tarixində saat 03:10-da məlumat verilib.

Sual 4: 2016-cı ilin 2 aprel tarixində Azərbaycan SQ əməliyyatları haqqında məlumat aldıqdan sonra siz xidmət yerinizə nə vaxta çatmısınız və vəzifələrinizin icrasına başlamısınız?

Cavab: 2016-cı ilin 2 aprel tarixində saat 03:25-də öz iş yerimdə olmuşam

Sual 5: 2016-cı ilin 2 aprel tarixində Azərbaycan SQ əməliyyatları haqqında məlumat aldıqdan sonra Yuri Xaçaturov öz xidmət yerinə nə vaxta çatıb və vəzifələrinin icrasına başlayıb?

Cavab: Mən xidmət yerimə gəldikdə cənab Xaçaturov artıq iş yerində idi. Düşünürəm ki, o, 2016-cı ilin 2 aprel tarixində saat 03:15 radələrində öz iş yerində olub.

Sual 6: Hərbi qüvvələrin cəmləşməsinə cavabdeh olan, lakin aprel müharibəsi günlərində Azərbaycan SQ əməliyyatları haqqında məlumat aldıqdan sonra öz xidmət yerlərinə gəlməyən və vəzifələrinin icrasına başlamayan, silahlı qüvvələrin yüksək rütbəli zabitləri olubmju?

Cavab: Xeyr, belə bir şey olmayıb, hamısı xəbərdar edilib və təyin olunan vaxtda yerlərində olub.

Sual 7: 2016-cı ilin 2-5 aprel tarixləri arasında cənab Xaçaturovun saymazyana hər hansı şəkildə xidmət yerini tərketmə halı olubmu?

Cavab: Xeyr, belə bir şey olmayıb, Xaçaturov fasiləsiz olaraq komanda məntəqəsində olub.

Sual 8: Cənab Xaçaturov və ya başqa yüksək vəzifəli zabitlərin fəaliyyətinin aprel müharibəsi günlərində erməni qüvvələrinin əraziləri güzəştə getməsi və ya artıq işğal edilənlərin geri qaytarılmamasına istəkli və ya bu cür əhvalda olduqlarını ehtimal etməyə əsas verirdimi?

Cavab: Belə söhbətlər və rəhbərlik tərəfindən bu cür əmrlər olmayıb. Rəqib tərəfindən alınan mövqelərin təcili geri qaytarılmasına dair planlama aparılmasına dair sərəncam olub.

Sual 9: Aprel müharibəsi günlərində kimsə sizə, Yuri Xaçaturova və ya digər bir yüksək vəzifəli zabitə, öz vəzifə borclarınızı layiqincə yerinə yetirməməyə, Azərbaycan silahlı qüvvələrinə müqavimət göstərməməklə əraziləri təhvil vermək üçün silahlı qüvvələrə təsir göstərməyə görə pul təklif edib?

Cavab: Xeyr, belə bir şey olmayıb.

Sual 10: Siz bu sorğu-sualın məhkəməyə təqdim olunmasına, həmçinin kütləvi informasiya vasitələrində yayılmasına razısınız??

Cavab: Bəli

Mən, Ermənistan SQ BQ inzibati aparatının rəhbəri general-mayor Aris Brutyan bəyan edirəm ki, bu dindirilmə vəkil Qriqor Bekmezyan tərəfindən aparılıb, suallar mənim tərəfimdən cavablandırılıb, sözlərimlə doğru yazılıb və imzamla təsdiq edirəm.

Buna da bax...

Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı …