Baş səhifə / Dünya / Baş nazir yol qəzasında həlak oldu – YENİLƏNİB

Baş nazir yol qəzasında həlak oldu – YENİLƏNİB

Abxaziyanın baş naziri Gennadiy Qaquliyanın yol qəzasında həlak olmasına səbəb onun olduğu avtomobilin əks hərəkət zolağına çıxan avtomobillə toqquşması olub.

Bu barədə Abxaziya DİN rəhbərinin müavini Kazbek Kimşaxov bildirib.

Onun sözlərinə görə, əks hərəkət zolağına çıxan avtomobilin sükanı arxasında respublikanın gənc sakini olub.

01.34

Abxaziyanın baş naziri Gennadiy Qaquliya yol qəzası nəticəsində həlak olub.

Bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qəza Abxaziyanın Müsser postu yaxınlığında baş verib.

İlkin məlumatlara əsasən, Qaquliya xəstəxanada dünyasını dəyişib.(oxu.az)

Buna da bax...

Tramp Ərdoğanla anlaşdı

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada daha sıx …