Baş səhifə / Dünya / “Baş nazir”in ölüm yerindən görüntülər – Video

“Baş nazir”in ölüm yerindən görüntülər – Video

“Sputnik” agentliyi Abxaziya separatçı rejimin “baş naziri” Gennadi Qaquliyanın öldüyü qəza yerindən videonu dərc edib.
Videoçarxda toqquşma anında Qaquliyanın olduğu, həmçinin hadisənin digər iştiakçısı olan avtomobil göstərilib.

Qeyd edək ki, siyasətçi Qudautsk rayonunda Soçi aeroportundan gələrkən Psou-Suxum yolunda qəzaya düşüb. Zvandriş kəndinin sakini, 1996-cı il təvəllüdlü Hadjarat Tarsmanın idarə etdiyi avtomobil Qaquliyanın avtomobilinə çırpılıb.

Qəza zamanı Abxaziyanın baş naziri, 70 yaşlı Qaqulin hadisə yerində vəfat edib, onun mühafizəçiləri və sürücü xəstəxanaya yerləşdirilib.

Separatçı rejimin “baş prokuroru”nun köməkçisi Daur Amiçb bildirib ki, hərəkətdə olarkən qarşı tərəfdəki yol xəttinin üzərinə çıxan və nəqliyyat vasitəsi ilə “baş nazir”in avtomobillə toqquşan sürücü narkitok vasitənin təsiri altına olub.

“Müayinə aparılıb, məlum olub ki, onun qanında alkoqol yoxdur, lakin narkotiklərin istifadəsi ilə bağlı analiz müsbət nəticə verib”, – deyə o, “Abxaziya Sputnik” agentliyinə bildirib.

Məlumata görə, Qaquliya abxaz nümayəndə heyəti ilə sentyabrın 5-də Suriyaya getmişdi. Suriya bu ilin mayında Abxaziyanın müstəqilliyini tanıyıb. (Publika)

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …