Baş səhifə / Cəmiyyət / Azərbaycanda 10 min erməni donuzu üçün ferma tikilir…-Fotolar

Azərbaycanda 10 min erməni donuzu üçün ferma tikilir…-Fotolar

Azərbaycanın 26 ilə yaxındır ki, işğal altında qalan Xocavənd rayonunun Çartar kəndində böyük donuz ferması tikilir.

Moderator24.com xəbər verir ki, bu haqda qondarma separatçı rejimin “dövlət naziri” hesab edilən Qriqori Martirosyanın artıq ermənilərin “şəhər” adlandırdıqları bu yaşayış məntəqəsinə səfərini şərh edən erməni nəşrləri məlumat yayıb. Öncə 20×40 m ölçülü kiçik stadionun təməlqoyulma mərasimində iştirak edən Q.Martirosyan Çartarda tikintisi başlanmış donuz fermasına baş çəkib. Bu ferma ilk mərhələdə 4 min, gələcəkdə isə 10 min erməni donuzunun bəslənməsi üçün nəzərdə tutulub.

P.S. Torpaqlar azad edilsəydi, Azərbaycanda Həccə gedəndən sonra donuz ferması açan bəzi üzdəniraq “hacılar” həmin fermanı da ələ keçirib işlədərdi…

Sultan Laçın

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …