Baş səhifə / Cəmiyyət / Kənan MM “Savaşçı” serialında “Barı Naxçıvan” oynadı — VİDEO

Kənan MM “Savaşçı” serialında “Barı Naxçıvan” oynadı — VİDEO

Ötən gün xəbər verdiyimiz kimi azərbaycanlı rejissor və aktyor Kənan MM Türkiyənin məşhur “Savaşçı” serialına çəkilir.

Ölkə.Az”ın əldə etdiyi məlumata görə, Kənan serialda azərbaycanlı hərbçi, yüzbaşı Bəxtiyar obrazını canlandırır.

Hazırda serialın çəkilişləri davam edir. Çəkilişlər zamanı türk aktyorlarla Kənan Azərbaycanda məşhur olan “Barı Naxçıvan” mahnısının sədaları altında oynayıb. Ssenariyə uyğun olaraq Kənan türk hərbçilərlə bir mahnını oynamalı imiş. Rejissor isə məhz “Barı Naxçıvan” mahnısını oynayacağını bildirib. Görüntüləri oxuculara təqdim edirik.

Kənan özü də qeyd edib ki, montajdan sonra səslənmə və digər texniki məsələlər daha yaxşı həll ediləcək və kadrlar əla olacaq.

Buna da bax...

Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı …