Baş səhifə / Cəmiyyət / Kəlbəcərin Qozlu kəndi bütünlüklə “parlament seçkiləri”ni boykot etdi – Gözlənilməz – Fotolar

Kəlbəcərin Qozlu kəndi bütünlüklə “parlament seçkiləri”ni boykot etdi – Gözlənilməz – Fotolar

“İcra başçı”sı kəndə gəlib sakinləri dilə tutsa da, 400-dən çox “seçici” səs vermək üçün məntəqələrə getməyib…

İşğal altındakı Kəlbəcər rayonunun “Vaquas” adlandırılmış Qozlu kəndini zəbt etmiş ermənilər gözlənilməz addım atıblar.

Moderator24.com -un Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, kənddəki 400-dən çox erməni “seçici” bir nəfər kimi sentyabrın 9-da iki vakant yer üçün nəzərdə tutulmuş “deputat seçkiləri”ni boykot etməyə qərar verib. Buna səbəb 1993-cü ildən bəri kəndin bir sıra sosial problemlərinin həll edilməməsidir. Ermənilər bildirib ki, əgər bizi problemlərin tezliklə həll ediləcəyinə qəti şəkildə inandıran “hökumət” rəsmisi olmasa, heç birimiz səsverməyə qatılmayacağıq.

Məlum olub ki, kənddə su təchizatı, yollar bərbad vəziyyətdədir, körpü dağılıb, evlər təmirsizdir, bəzi ailələr zirzəmilərdə yaşayır, əhalinin əksəriyəti işsiszdir, gənclər evsizlik və işsizlik ucbatından ailə qura bilmir və s. və i.a. Qozlunun sepaatçı rejim tərəfindən “inzibati cəhətdən” daxil edildiyi (“Mardakert” –Ağdərə) rayonunun “icra başçısı” Edqar Arutyunyan Qozluya gələrək kənd sakinləri ilə görüşsə də, onları problemlərin həll ediləcəyinə inandıra bilməyib. Və bu minvalla 400-dən çox erməni kəndli sözlərinə əməl edərək separatçı rejimin keçirdiyi növbəti “seçki”lərə qatılmayıblar…
Xatırladaq ki, 1993-cü ildə ermənilər tərəfindən işğal edilmiş Qozlu kəndi 1992-ci ilin yayında Milli Ordumuz tərəfindən gərgin döyüşlər, şəhid və yaralılar hesabına azad edilmişdi.


Sultan Laçın

Buna da bax...

Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı …