Baş səhifə / Cəmiyyət / Rus komandir ermənilərin şadlıq sarayını DARMADAĞIN ETDİ…

Rus komandir ermənilərin şadlıq sarayını DARMADAĞIN ETDİ…

Ermənistanın Şirak mərzinin mərkəzi olan Gümrü şəhərində rus hərbçinin iştirakıyla gözlənilməz olay baş verib.

Moderator24.com xəbər verir ki, bu haqda işğalçı ölkənin saytları məlumat yayıb.

102-ci Rusiya bazasının bölmə komandiri ermənilərin”Dvin” şadlıq sarayının qapısındakı şüşəni sındıraraq içəri soxulub və bütün avadanlığı darmadağın edib. Hadisə sentyabrın 8-dən 9-a keçən gecə yerli vaxtla saat o1:40-da baş verib. Polisə şadlıq sarayından həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn erməni polislər toy zalında 26 yaşlı Rusiya vətəndaşı Vasili İçetovkini yaxalayıblar. Məlum olub ki, yüksək dozada alkoqol qəbul etmiş rus zabit qapını sındıraraq zala daxil olduqdan sonra içəridəki bütün əmlakı, o cümlədən kondisioneri, güldanları, qapılardakı şüşələri və s. sındırıb.

Rus komandir əvvəlcə polis bölməsinə aparılıb, şəxsiyyəti aydınlaşdırıldıqdan sonra isə 102-ci bazanın komandanlığına təhvil verilib.

Sultan Laçın

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …